Donald Tramp Yaxın Şərqə qoşun göndərilməsini Amerika tarixində ən böyük səhv adlandırıb
Aerikanøn Prezidenti Donald Tramp Vaşinqtonun Yaxın Şərqə qoşun göndərməsi və regiondakı münaqişəyə müdaxilə edilməsi barədə qərarının ölkə tarixində ən böyük səhv olduğunu etiraf edib.
Prezidenti bu barədə Axios portalına müsahibəsində deyib: “Biz İŞİD qruplaşması üzərində qələbə qazandıq, İran generalı Qasım Süleymanini və İŞİD lideri Əbu Bəkr Əl-Bağdadini öldürdük… Mən digər prezidentlərin etmədiyi çox işləri həll etmişəm. Ümumiyyətlə, Yaxın Şərqə girmək lazım deyildi”.
“Yaxın Şərqə qoşun göndərmək və oradakı münaqişəyə qarışmaq qərarı ölkə tarixində buraxılan ən böyük səhvdir. Bu, mənim nəzər nöqtəmdir”, – deyə Donald Tramp əlavə edib.
Donald Tramp bundan öncə də dəfələrlə bəyan etmişdi ki, Birləşmiş Ştatlar “sonsuz müharibə” siyasətindən vaz keçmək niyyətindədir və dünya ölkələri ilə rəqabətə deyil, tərəfdaşlıq əlaqələri qurmağa can atacaq.