Doğu Azərbaycanın Mişo yüksəkliyində 2 alpinist itkin düşüb; Axtarış əməliyyatı davam edir
Doğu Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə müavini deyib: Şəbistərin Benis şəhərindən olan iki alpinist əyalətin Mişo dağlarında itkin düşüb.
Seyid Əli Seyid şənbə gecəsi Təbriz, Mərənd və Şəbistərin xilasedicilərinin itkin düşmüş əmi və qardaş oğlu alpinistləri tapmaq üçün Mişo dağına getdiyini bildirdi və dedi: Əməliyyat qrupları hələ də iki alpinisti tapa bilməyib və əməliyyat davam edir.
Xatırladaq ki, dünən Şəbistərin Mişo dağının yüksəkliklərində itkin düşən iki alpinistin tapılması üçün aparılan xilasetmə əməliyyatı pis hava şəraiti səbəbindən dayandırılmışdı.
Bu gün hava şəraitinin yaxşılaşması ilə Mişo dağında itkin düşən iki alpinistin tapılması üçün axtarış işləri yenidən başlayıb.
Doğu Azərbaycandan olan meteoroloqlar son iki gündə güclü qar və tufan səbəbindən alpinistlərə əyalət dağlarına çıxmaq barədə xəbərdarlıq ediblər.
Ötən qış Mişo dağlarında bir alpinist itkin düşüb və Qızıl Aypara yardım qrupu tərəfindən xilas edilib.
Mişo Doğu Azərbaycan dağlarından, Şəbistər və Mərənd şəhərləri arasındadır.