Related Posts
Azərbaycan xəbərləri, İNSAN HAQLARI, Xəbər, اخبار آذربایجان, حقوق بشر
Danimarka Ali Məhkəməsi öncələr yeddi il həbs cəzasına məhkum edilmiş İran əsilli Norveçli bir vətəndaşın apellyasiyaya müraciətini rədd etdi.
Bu İran əsilli Məhəmməd Davudzadə adlı şəxs İslam Respublikasının kəşfiyyat xidmətinə casusluq və Əl-Nidal qruplaşmasının liderinə sui-qəsd suçlaması ilə ittiham olunur.
Danimarka prokurorluğu 6 May Cümə axşamı Twitter səhifəsində yazdı: “Doğu Yüksək Məhkəməsinin münsifləri heyəti bir iranlını qanunsuz kəşfiyyat fəaliyyəti və Ringenstead bölgəsində yaşayan başqa bir iranlını öldürmək üçün sui-qəsd etməkdə günahlandırdı.”
Norveç sakini, 40 yaşlı Məhəmməd Davudzadə 2018-ci ilin oktyabrında Danimarka polisi tərəfindən tutuldu. Danimarka onu həbs etmək üçün beynəlxalq sərhədlərini müvəqqəti bağlamışdı.
Danimarka məhkəməsinə görə, adam Danimarkadakı İran hökumətinə müxalif qrup olan Əl-Nidal qrupunun liderinin evinin, həmçinin evin ətrafındakı küçə və xiyabanların şəkillərini çəkib və İslam Respublikasının kəşfiyyat xidmətinə bağlı bir şəxsə vermişdi.
Danimarka ümumi prokurorluğu Məhəmməd Davudzadənin yeddi il həbs cəzasını çəkdikdən sonra Danimarkadan deportasiya ediləcəyi və ölkəyə girişinə icazə verilməyəcəyini söylədi.
iranwire
Azərbaycan xəbərləri, İNSAN HAQLARI, Xəbər, اخبار آذربایجان, حقوق بشر