Culfalı iki mədəni fəalın tutulması və vəziyyətindən xəbərsizlik davam edir
Qarabağ sülh müqaviləsinin imzalanmasından on gün keçdi. 10 Noyabr Çərşənbə axşamı səhər, Azərbaycan Respublikası və Ermənistan bir sülh müqaviləsi imzaladılar və Dağlıq Qarabağda baş verən İkinci müharibəyə son verəcəklərinə söz verdilər.
Azərbaycan, Rusiya və BMT ordularının nəzarəti altında Dağlıq Qarabağda həyata keçirilən Ermənistan və Azərbaycan müharibə qurbanlarının Dağlıq Qarabağa qaytarılması prosesinin başlanğıcı on illərdir davam edən müharibə və Qafqazda davamlı sülh ümidlərini yenidən gündəmə gətirdi.
“İkinci Qarabağ müharibəsi bitdi, amma İslam Respublikası hələ də bizimlə müharibə edir.”
Bu, “Səid Sultani” və “Babək Kiyumərsi”nin həbsini tənqid edən Culfalı bir mədəni fəalın sözlərinin bir hissəsidir. Babək Kiyumərsi və Səid Sultani, Doğu Azərbaycan əyalətindəki Culfada, 4 Oktyabrdan bəri iş yerlərində təhlükəsizlik agentləri tərəfindən tutulan və hələ də həbsdə olan iki mədəni fəaldır.
Iranwire-in əldə etdiyi xəbərlərə görə, Səid Sultani və Babək Kiyumərsi həbs olunandan sonra İslam Respublikasının kəşfiyyat agentləri evlərində axtarış apararaq bu mədəni fəalların mobil telefonlarını, noutbuklarını və şəxsi əşyalarını götürdülər.
Bu iki Azərbaycanlı fəalın tutulması, İranda Türk vətəndaşların “İranın Ermənistana lojistik dəstəyi və Rusiyanın Ermənistana silah ötürmək üçün İranın hava məkanı və quru ərazisini istifadə etməsi” və “Dağlıq Qarabağın azad edilməsinə dəstək” adlandırdıqları etirazlarlar ilə üst-üstə düşdü.
Lakin Culfalı bir mədəni fəal Iranwire ilə söhbətində deyir: “Səid Sultani və Babək Kiyumərsi’nin qaçırılmasından təxminən 50 gün keçdi, lakin hələ də ittihamlarının nə olduğunu bilmirik. Həbs olunanların ailələrinin Təbriz məhkəmə və təhlükəsizlik işçiləri tərəfindən təqib edilməsi heç bir nəticə vermədi.”
O artırdı, “İslam Respublikası Qarabağdakı məğlubiyyətdən dərs almaq əvəzinə, günahkarı axtarır”. O deyir: İslam Respublikası günahkardır. Bizi tutmaq əvəzinə, bizi dinləsəydilər, Ermənistanla sərhədlərini vaxtında bağlasaydılar, müharibə olmazdı və İran Qafqazın dənkləmindən çıxarılmazdı. İslam Respublikasının problemi Türk qarşıtlığıdır. Türkiyənin Azərbaycanla iqtisadi əlaqələrini genişləndirmək üçün yeni dəmir yolu layihəsini təqdim etdiyi günlərdə İslam Respublikası isə İrandakı Türk mədəni fəalları həbs etməklə məşğuldur. Bizdə bölücülük ittihamına görə həbs edilirik və yoxsulluğa dözməliyik. Niyə biz sərhəd sakinləri Tehrandakı hər səhv qərarın əvəzini ödəməliyik? Biz müharibəyə qatılıb gənclərimizin ölməsini və daha sonra bizə qeyrətli sərhədçilər demək istəmirik. Xalqa düşman olmaqdan əl çəkin. Biz insan kimi yaşamaq istəyirik.”
İkinci Qarabağ müharibəsi başladıqdan sonra (bu il 12 iyul) ən azı üç dəfə (16 iyul, 1 oktyabr və 18 oktyabr) da Azərbaycan mədəni fəalları və partiyalarının çağırışlarının dərc edilməsindən sonra Tehran, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil da daxil olmaqla İranda Türklərin yaşadığı müxtəlif şəhərlərdə İranın Dağlıq Qarabağ münaqişəsinə dair siyasətinə etiraz olaraq mitinqlər keçirilib.
Mitinqlər zamanı yüzlərlə Azərbaycanlı siyasi, mədəni və tələbə fəal nəzarətə alındı. Daha sonra bir sıra məhbuslar müxtəlif şəhərlərin kəşfiyyat və təhlükəsizlik idarələrinə çağrıldı və bir çoxu daha sonra təhlükəsizlik qüvvələri tərəfindən evlərində və iş yerlərinə edilən basqınlarda tutuldu.
Ancaq Qarabağ müharibəsinin bitməsinə baxmayaraq; İranda həbslər, çağırışlar və Türk mədəni fəallara qarşı təzyiqlər davam edir.
Türk mədəni fəalların çağırılmasının son turunda Rəştdə yaşayan beş mədəni fəal Məhkəmə Hakimiyyətinin elektron sistemi vasitəsilə 16 Noyabrda aldıqları bildirişə görə, onlara qarşı edilən ittihamın son müdafiəsini almaq üçün Rəştdəki Umumi və İnqilab Prokurorluğunun 10 saylı şöbəsinə çağrıldılar.
“Vədud Əsədi” “Məhəmməd Eyni Çunə Xan” “İbrahim Gənci Əfsuran”, “Vəhid Beyqzadə” və “Məhəmməd Şiri” 18 Oktyabr Bazar günü, Gilan əyalətinin İslami Mədəniyyəti və irşad İdarəsinin qarşısında “Biz Azərbaycanın tərəfdarı deyilik, biz Azərbaycanlıyıq” şəkilləri sosial mediada yayımladıqdan sonra, həbs olundular və məhkəmə bitənə qədər bir neçə gün sonra girov müqabilində sərbəst buraxıldılar.
Göndərilən ittiham bildirişində “milli təhlükəsizliyə qarşı hərəkət etmək”dən ad aparılır.
Ayrıca, 19 Noyabr Çərşənbə günü, Ərdəbildən olan 12 mədəni fəal, Sana sistemi vasitəsi ilə bir bildiriş aldıqdan sonra Ərdəbil Umumi və İnqilab Prokurorluğunun 10 saylı şöbəsinə getdilər. Müstəntiqin katibi beş yüz milyon Tümən olan girov məbləğinin dörd yüz əlli milyon Tümənə endirildiyini elan edərkən. Prokurorluqda olan fəallar də müvafiq sənədləri imzalamaqdan imtina etdilər və təyin olunmuş girov və əvvəlki girov məbləği ilə nəzərəçarpacaq fərqin olmamasına etiraz olaraq dindirmə şöbəsini tərk etdilər.
Eyni zamanda, son günlərdə Türk siyasi məhbuslara və ailələrinə təzyiqlər artıb.
Bu baxımdan, Ərdəbil Həbsxanasının 7-ci palatasında saxlanılan siyasi məhbus “Abbas Lisani” nin naməlum səbəblərdən 14 Noyabr 2020 Cümə günündən bəri ziyarətinə qadağa qoyulub. Son iki ayda bu tanınmış Türk məhbusun ailəsinə giriş və telefonla əlaqə saxlanmasına qoyulan ikinci qadağandır.
Son üç gündə cənab Lisaninin ailəsi bu məsələni izləmək üçün Ərdəbil Prokurorluğuna müraciət etdi və hər dəfə məhkəmə işçilərinin maneə törətməsi ilə prokurorluğa gəlmələrinə icazə verilmədi. Ərdəbil Həbsxanasının səlahiyyətliləri, siyasi məhbus ailəsinə qadağaların Ərdəbil Umumi və İnqilab Prokuroru Seyyid Abdullah Təbatəbayının əmri ilə tətbiq olunduğunu söylədilər.
Ayrıca, Ərdəbil həbsxanasında həbsdə olan siyasi məhbuslar, Vasiqi qardaşları, 16 Noyabr Bazar günü qohumları ilə telefon danışığı zamanı ayrı-ayrı palatalara köçürüldüklərini açıqladılar. Ali Vasiqi 2-ci (Cinayət, soyğunçuluq ittihamı ilə Təhlükəli Cinayətkarlar Palatası), Riza Vasiqi isə Ərdəbil Mərkəzi Həbsxanasındakı 5-ci (Narkotik Bağımlıları) palatasına köçürüldülər.
Iranwire-ə verilən xəbərlərə görə, Ərdəbil Həbsxanasının rəsmiləri şəhərin Baş Kəşfiyyat İdarəsinin əmri ilə Vasiqi qardaşlarını təhlükəli cinayətkarlıq palatalarına köçürdülər.
Məhkumların və insan haqları fəallarının etirazlarına baxmayaraq, həbsxana məmurları siyasi məhbuslara ikiqat təzyiq göstərmək üçün İran həbsxanalarında təhlükəsizlik və siyasi cinayətlərin ayrılması prinsipinə əməl etmirlər.
İki qardaş və Azərbaycanlı mədəni fəal, 5 Oktyabr 2020-ci ildə Ərdəbil İnqilab Apellyasiya Məhkəməsi 1 saylı şöbəsi tərəfindən “gecə bildirişləri yayımlamaqla rejimə qarşı təbliğat və milli təhlükəsizliyə qarşı cinayət törətmək” ittihamı ilə hər biri iki il həbs cəzasına məhkum edildi. Əli Vasiqi 7 Noyabrda, Riza Vasiqi isə 5 Noyabrda tutularaq cəzalarını çəkmək üçün Ərdəbil Mərkəzi Həbsxanasına göndərildilər.