COVID-19-a qarşı ilk preparat ; Dexametazon
İngiltərədəki tədqiqatçılar bir dərmanın COVID-19-dan sağalmağa yardım edə biləcəyinə dair ilk dəlillərə sahib olduqlarını söyləyirlər: Deksametazon adlı ucuz, geniş yayılmış steroid ağır xəstələrdə ölüm hallarını üçdə birə qədər azaldıb.
Nəticələr çərşənbə axşamı elan edilib və tədqiqatçılar onları tezliklə dərc edəcəyini deyib. Tədqiqat böyük və ciddi bir testdən keçib. Dərman qəbul üçün təsadüfi seçilmiş 2104 xəstəyə təyin edilib və onları yalnız adi üsulla müalicə alan 4211 xəstə ilə müqayisə ediblər.
Dərman ya qəbul etmə, ya da inyeksiya yolu ilə verilib. 28 gündən sonra tənəffüs aparatları ilə müalicəyə ehtiyacı olan xəstələrdə ölüm 35%, yalnız əlavə oksigenə ehtiyacı olanlarda 20% azalma olub. Daha çətin durumda olan xəstələrə isə kömək etməyib.
“Bu, çox xoş bir nəticədir” -deyə, Oksford Universitetindən tədqiqatın rəhbərlərindən olan Peter Horbi bəyan edib. “Oksigen müalicəsi tələb edən pasiyentlərin sağ qalma faydası açıq və böyükdür, buna görə deksametazon bu xəstələrdə indi qayğı standartına çevrilməlidir. Deksametazon ucuzdur, rəflərdə var və dərhal istifadə edilə bilər” – deyə, o əlavə edib.
Baxmayaraq ki, bu dərman yalnız ağır hallarda kömək edir, amma o, “saysız-hesabsız insanın həyatını xilas edəcək” – deyə, Elmi araşdırmaları dəstəkləyən “Wellcome”dan olan İngilis xeyriyyəçisi Nik Kammak qeyd edib.
“Deksametazon artıq yayılmalı və artıq dünyada minlərlə kritik xəstə tərəfindən əldə edilə bilməlidir. Bu, olduqca əlverişli, asan hazırlanan, tez çoxaldılan və yalnız kiçik bir dozaya ehtiyacı olan məhsuldur” – deyə, tədqiqatlarda iştirak etməyən Kammak bildirib.
Steroid bəzən COVID-19 xəstələrində inkişaf edən və immun sistemi böyük reaksiya ilə infeksiyaya qarşı mübarizə apararaq iltihabı azaldır. Hədsiz reaksiya ölümcül ola bilər, buna görə həkimlər bu cür xəstələrdə steroid və digər antiinflamatuar dərmanlar sınayırlar. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin erkən mərhələlərdə steroid istifadə etməməyi məsləhət görür, çünki xəstələr virusu təmizləyənə qədər zamanı yavaşlada bilərlər.
Tədqiqatçılar sözügedən dərmanların tənəffüs aparatlarına qoşulan hər səkkiz xəstədən birini və yalnız əlavə oksigen aparatına qoşulan hər 25 xəstədən birini sağaldacağını təxmin edir.
Bu, bu ayın əvvəlində malyariya dərmanı hidroksixlorokininin koronavirusa qarşı işləmədiyini göstərən eyni araşdırmadır. Tədqiqat İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada 11000-dən çox xəstə üzərində aparılıb. Onlara ya standart baxımdan, ya da bir neçə müalicədən biri verilib: deksametazon; HİV kombo dərmanı lopinavir-ritonavir, antibiotik azitromisin; iltihab əleyhinə dərman tokilizumab; ya da virusla mübarizə aparmaq üçün anticismləri olan COVID-19-dan sağalmış insanların plazması.
Digər müalicə növləri üzərində araşdırmalar davam edir. Tədqiqat Birləşmiş Krallıqdakı dövlət səhiyyə agentlikləri, Bill və Melinda Geyts Fondu da daxil olmaqla, özəl donorlar tərəfindən maliyyələşdirilir.
VOA