Çinin dövlət mediası bildirir ki, Uhan koronavirus böhranın mümkün ikinci dalğası təhlükəsi ilə üzləşir
Çinin dövlət mediası bildirir ki, Uhan koronavirus böhranın mümkün ikinci dalğası təhlükəsi ilə üzləşir. Bu səbəbdən rəsmilər Uhanda aprel və may ayları ərzində üç milyondan çox insanın testdən keçirildiyini və yerdə qalan hər kəsin də testdən keçiriləcəyini bildirib.
Rəsmi Xinhua Xəbər Agentliyi cümə axşamı Uhan hökumətinin iclasına istinadən xəbər verir ki, əvvəllər testdən keçməmiş sakinlərə, həmçinin daha əvvəl xəstliyin yayıldığı, eləcə də əhalinin sıx məskunlaşdığı yaşayış ərazilərindəki insanlara üstünlük veriləcək.
Aprelin 8-dən özünütəcrid qaydaları yumşaldıqdan sonra fəaliyyətə başlamış biznes sahələri və məktəblər Uhanda xəstəliyin ikinci dalğasının başlamasından ehtiyat edir.
Xəstəliyə ilkin yoluxmalar asimptomatik idi, virusa yoluxan şəxslərdə hərarət və digər simptomlar müşahidə edilirdi.
Xinhua xəbər agentliyi bildirir ki, bu səbəbdən də rəsmilərin hədəfi şəhərdəki hər kəsin testdən keçiməsindən sonra bu asimptomatik yoluxmaların dəqiq sayını müəyyən etmək olacaq.
Reuters xəbər agentliyi bölgə səlahiyyətlilərinə aid daxili sənədə istinadən xəbər verir ki, şəhər 10 gün ərzində 11 milyon insanı sınaqdan keçirməyə çalışır.
Son günlərdə Uhanda onlarla insanda asimptomatik yolxuma halları aşkarlanıb. Bəzi ekspertlər kütləvi bu testin görünməmiş miqyasda olduğunu və narahatlıq səviyyəsini göstərir. Digərləri deyirlər ki, testlərin bu qədər irimiyqalı olması səhvlərə yol açacaq.
VOA