Camal Xaşuqcinin oğlu ailəsinin atasının qatillərini əfv etdiyini deyir
Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşuqcinin oğlu Twitter səhidəsində bəyanat yayaraq ailəsinin atasını öldürən insanları bağışladığını bildirib.
“Bü müqəddəs Ramazan ayında biz Allahın sözlərini xatırlayırıq: Əgər insan bağışlayırsa və barışırsa, Allah onu mükafatlandırır. Ona görə də, biz – şəhid Camal Xaşuqcinin oğulları – atamızı öldürənləri əfv edirik”, Saleh Xaşuqci yazıb.
Səduiyyə Ərəbistanında ailə qatili bağışladığı təqdirdə ölüm cəzaları yüngülləşdirilə bilər. Amma bu dəfə bunun baş verib-verməyəcəyi bəlli deyil.
Dekabr ayında Xaşuqcinin qətli ilə əlaqədar olaraq beç nəfərə ölüm cəzası verilib.
Birləşmiş Millətlər Təşkilarının xüsusi məruzəçisi deyib ki, Səudiyyədə gizli keçirilən məhkəmə “ədalətin antitezası”dır.
The Washington Postqəzetinin yazarı olan Xaşuqci Səudiyyə hökümətinin aparıcı tənqidçilərindən biri idi.
O, 2018-ci ilin oktyabr ayında Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olub və bir daha oradan çıxmayıb. O, konsulluğa nikahı üçün sənədlər almaq məqsədilə daxil olmuşdu, nişanlısı ilə onu konsulluğun önündə gözləyirdi.
Xaşuqcinin konsulluqda bədəninin parçalara bölündüyü güman edilir və bir çox təhlilçi onun qətlinə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın göstəriş verdiyini düşünür. Şahzadə ilk Xaşuqcinin qətli ilə əlaqəsi olduğunu inkar etsə də, daha sonra hadisə “onun nəzarəti altında” baş verdiyi üçün “bütün məsuliyyəti” üzərinə götürüb.
Jurnalistin qətli ilə bağlı xəbərlər yayılandan sonra dünya boyu ölkələr və insan haqları qrupları məsələnin araşdırılmasına çağırdı.
VOA