Bu gün, iyulun 22-i Azərbaycan Respublikasında Milli Mətbuat Günüdür
Bu gün, iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir.
Prezident İlham Əliyev iyunun 30-da “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
145 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçililərindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. 1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.
XX əsrin əvvəllərində Azərbaycanda “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi” ənənələrini davam etdirib.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə (1918-1920) azad mətbuatın təməli qoyulub.
1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat Kommunist Partiyasının nəzarəti altına keçib.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çoxlu sayda qəzetlər dərc edilib, 1998-ci il avqustun 6-da Azərbaycanda senzura ləğv olunub.
Hazırda ölkədə 5 mindən çox nəşr var. Amma onların çoxu müntəzəm çap oluna bilmir və ya çapını tam dayandırmalı olub. Çoxsaylı internet nəşrlərinin ölkə daxilində girişinə blok qoyulub. Son illər ərzində ondan çox jurnalist həbs həyatı yaşayıb, xarici ölkələrdə sığınacaq alıb.
Azərbaycan dünyada mətbuat azadlığı indeksində 180 ölkə arasında 168-ci yerdə qərarlaşır.
Öz növbəsində, ölkə rəsmiləri media azadlığının tam bərpa edildiyini, mediaya dövlət tərəfindən on milyonlarla manat dəstək verildiyiyini, bir sıra jurnalistlərə mənzillər bağışlandığı bildirilir.VOA