Britaniyanın İran mənşəli xeyriyyə işçisi İnqilab Məhkəməsi qarşısına çıxarılıb
Britaniyanın İran mənşəli xeyriyyə işçisi Nazənin Zəqhari-Retkliff bazar günü “sistemə qarşı təbliğat” ittihamı ilə İranın İnqilab Məhkəməsi qarşısına çıxarılıb.
“Qanuna əsasən məhkəmə qərarı bir həftə içərisində elan etməlidir, lakijn bu, hakimdən asılıdır. Onun bəraət qazanacağına çox ümid edirəm” – deyə, Nazənin Zəqhari-Retkliffin vəkili Höccət Kermani bildirib.
Zəqhari-Retklif İran hökumətini devirmək planı hazırlamaq ittihamı ilə 2016-cı ildə həbs edilib. O, ona qarşı irəli sürülən ittihamı rədd edib.
Kərmani məhkəmənin “sakit bir atmosferdə” keçirildiyini və “müdafiə üçün son imkan” verildiyini deyib.
Nazənin Zəqhari-Retklif keçən həftə ev dustaqlığından azad edilib və ayağına taxılan təqib cihazı çıxarılıb. Lakin ona ailəsinə qovuşmaq üçün Britaniyaya getməsinə icazə verilməyib.
Beş il müddətinə həbs cəzasına məhkum edilən Zəqhari-Retklif keçən il mart ayında koronavirus dünyaya yayılmağa başladığı üçün azad edilib.
Britaniyanın Baş Naziri Boris Conson Zəqhari-Retklifin evinə, Britaniyaya ərinin və qızının yanına qayıtmasına icazə verilməli olduğunu deyib.Həbs edilə nə qədər Zəqhari-Retkliff müstəqil xeyriyyə təşkilatı Thomson Reuters Foundation-də işləyirdi.
Redress insan haqları təşkilatı onun gözləri bağlı şəkildə təklikdə saxlandığı və saatlarla davam edən dindirmələrdən sonra təcili olaraq əqli və fiziki müalicəyə ehtiyacı olduğunu bildirib.
VOA