Britaniya rəsmiləri güclü allergik reaksiyası olan insanlara koronavirus peyvəndi almamaq barədə xəbərdar edir
Britaniyanın tənzimləyici orqanları çərşənbə günü tibb tarixçəsində güclü allergik reaksiyası olan insanlara ABŞ-ın dərman istehsalçısı Pfizer və Almaniyanın BioNTech şirkəti tərəfindən birgə hazırlanmış koronavirusa qarşı peyvənddən istifadə etməmək barədə xəbərdarlıq edib.
Dərman Preparatları və Tibbi Məhsulları Tənzimləmə Agentliyi (MHRA) peyvəndin Britaniyada tətbiqinin başlanmasının ilk günü iki nəfərin vaksinə mənfi reaksiyaları haqda məlum verilməsindən sonra xəbərdarlıqla çıxış edib.
Milli Səhiyyə Xidmətinin tibbi direktoru Stefen Povis iki işçinin peyvənd edildikdən sonra güclü allergik reaksiyalarının baş verdiyini bildirib. O hər ikisi şəxsin sağaldığını qeyd edib.
Pfizer və BioNTech peyvəndin təcili istifadəsini tətbiq edən ilk ölkə olan Britaniyanın verdiyi xəbərdarlıqla bağlı dərhal şərh verməyib.
MHRA icraçı direktoru Cun Reyn çərşənbə axşamı Londonda parlament komitəsinə verdiyi açıqlamasında peyvəndə reaksiyanın sınaqlar zamanı müşahidə edilmiş yan təsir olmadığını deyib.
Reyn bu açıqlamaları MHRA-nın peyvənd alan insanların tibbi müşahidə edilməsinin davam etdirilməsi ilə bağlı daha geniş müzakirələr zamanı verib.
Britaniya dekabrın 8-də ölkə üzrə COVID-19 xəstəliyinin səbəb olduğu virusa qarşı peyvənd kampaniyasına başlayıb.