Britaniya parlamenti İnqilab Keşikçilərini terror təşkilatları siyahısına daxil etməyi tələb edib
Britaniya İcmalar Palatası 12 Yanvar Cümə axşamı günü keçirdiyi iclasda bir qətnamə qəbul edərək, İngiltərə hökumətindən İnqilab Keşikçilərini terror təşkilatları siyahısına daxil etməsini istəyib.
Bu görüşdə İcmalar Palatasının bir sıra nümayəndələri İK-nin bölgədəki hərəkətlərini xatırladaraq, bu təşkilatı terror təşkilatı kimi tanıyıblar.
İcmalar Palatasının iclasında Böyük Britaniyanın xarici işlər nazirinin müavini də çıxış edib və söz verib ki, hökumət İcmalar Palatasının mövqeyini ciddi şəkildə nəzərdən keçirəcək və bu təklifi araşdıracaq.
İngiltərə İcmalar Palatasının təklifi dünən, yanvarın 12-də İnqilab Keşikçiləri Korpusuna yaxın xəbər agentlikləri Əlirza Əkbərinin İngiltərəyə casusluq cinayətinə görə edam edilməsi barədə məlumat yayarkən gündəmə gəlib.
Son aylarda İranda etirazların zorakılıqla yatırılması və etirazçıların edamının davam etdirilməsi ilə eyni vaxtda çoxlu sayda Avropa parlamentinin üzvləri İslam Respublikasına qarşı sanksiyalar və təzyiqlərin artırılmasını tələb ediblər.
Bundan öncə ABŞ-ın o zamankı prezidenti Donald Trump İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etmiş və hətta İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü və Qüds Gücünün komandanı Qasım Süleymaninin öldürülməsinə göstəriş vermişdi.