Böyük Tehran Həbsxanasında həbsdə olan Əliriza Fərşı, xəstəliyinin şiddətlənməsindən sonra xəstəxanaya köçürüldü
Böyük Tehran Həbsxanasında (Fəşafuye) həbsdə olan siyasi məhbus Əliriza Fərşı, xəstəliyinin şiddətlənməsindən və fiziki vəziyyətinin pisləşməsindən sonra bu gün, 29 İyun 2021 Çərşənbə axşamı, Tehrandakı Loğman Həkim Xəstəxanasına köçürüldü.
Iranwire-ə gələn xəbərlərə görə, Əliriza Fərşı Tehrandakı Loğman Xəstəxanasının Endokrinologiya və metabolizma özəl klinikasına köçürüldü. Siyasi məhbus müayinə edildikdən və dərman və özəl bir pəhriz aldıqdan sonra, həkimlər fiziki vəziyyətinin pisləşməsi səbəbindən səlahiyyətlilərdən şəxsən müalicə oluna bilməsi üçün neçə gündə bir xəstəxanaya gətirilməsini istədilər.
Əliriza Fərşı diabet xəstəsidir. Siyasi məhbus yaxınlarına etdiyi son telefon danışığında həbsxana rəhbərliyinin gecikməsi və tibbi avadanlıq çatışmazlığı səbəbi ilə titrəmədən (bədəndə titrəmə), sağ əlinin uyuşmasından və görmə qabiliyyətinin azalmasından və sol göz infeksiyasından əziyyət çəkdiyini bildirdi. Siyasi məhbusun gözü, həbs cəzasını çəkmək üçün tutularkən təhlükəsizlik qüvvələrinin döyülməsi səbəbindən yaralanıb. Əliriza Fərşı, həkiminə görə, kornea nəqli əməliyyatına ehtiyac duyur.
Türk siyasi məhbus yaxınlarına etdiyi son telefon danışığında dedi: Həbsxanasında, əsasən 2019 Noyabr ümummilli etiraz aksiyalarından sonra tutulan 18 siyasi-vicdan fəalın siyahısı hazırlandığını və özünün də bu məhbusların arasında olduğunu və onlardan qadan edilmiş məhbuslar olaraq yad edildiyini açlqlamışdı. Bu məhkumların ümumi müəssisələrə giriş imkanları məhdudlaşdırılıb. Bu siyasi məhbuslar vəziyyətə etiraz etdikdə bir neçə gün təhlükəli cinayətlər bölməsinə köçürülərək ciddi şəkildə əziyyət olunur və döyülmələrə məruz qalırlar.
Əliriza Fərşınin sözlərinə görə, 18 nəfərlik siyahıda yer alan siyasi məhbuslardan biri “Hüseyin Haşimi” dir ki mövcud vəziyyətə etiraz məktubu yazdıqdan sonra son həftələrdə iki həftə boyunca təhlükəli cinayətlər bölməsinə köçürüldü və bu məhkumlar tərəfindən ağır şəkildə döyüldü.
Əliriza Fərşi hazırda Böyük Tehran Həbsxanasında iki illik həbs cəzası çəkir. Bu siyasi məhbusa, işinin necə aparıldığını və işini tənqid edən açıq məktublar yazması və Evin Həbsxanasındakı əlverişsiz şərtləri ifşa etdiyi üçün təhlükəsizlik qüvvələri ona təzyiq göstərmək üçün onu Böyük Tehran Həbsxanasına sürgün etdilər.
2019-cu ilin dekabrında, Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi hakim Babayi sədrliyi ilə 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə Əliriza Fərşı və digər üç Azərbaycanlı mədəni fəala ümumilikdə səkkiz il həbs və səkkiz il sürgün cəzası verdi.
Bu mədəni fəal 21 iyul 2020-ci ildə Tehranda evə dönərkən tutuldu və Evin Həbsxanasına köçürüldü. Əliriza Fərşı, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsinin Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq ” ittihamı ilə üç il altı ay həbs cəzasına və “rejimə qarşı təbliğat” ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi. Ayrıca hökmdə, bu Azərbaycanlı mədəni fəal, iki il dəstə, partiyaya və qrupa üzv olmaq qadağası və iki ay (hər gün dörd saat) Tehran Bələdiyyəsinin təkrar dönüşdürmə emalı şöbəsində işləmək cəzasına məhkum edildi.
Əliriza Fərşı, İranda yaşayan etnik qrupların dil hüquqları tələbi sahəsində ən tanınmış mədəni fəallarından biridir. Şərif Texnologiya Universitetində kompüter mühəndisliyi üzrə magistr dərəcəsi, Sirac Universitetində vəzifədən azad edilmiş müəllim və Culfa Beynəlxalq Universitetinin keçmiş müəllimidir. Bu siyasi məhbusun atası səkkiz illik İran-İraq savaşının şəhidlərindən biridir.