Boru fabriki işçisi: Süd tozu almaq üçün zibil toplamaya getdim
Bu yaxınlarda müəssisələri parça parça satılan və çox sayda işçinin işsizliyinə səbəb olan Xuzistan Boru Fabrikinin işçilərindən biri, həmkarı ilə birlikdə uşağının toz südünü təmin etmək üçün gecə zibil toplamaya getdiyini söylədi.
Əsre Cunub xəbər şəbəkəsi tərəfindən 13 May 2021 Cümə axşamı günü yayımlanan bir videoda, bir gənc işçi həmkarları ilə bir il evdə işsiz qalmaqdan bəhs edir və Radio və TV qurumunun müxbirlərinə müraciət edir: “Xahiş edirəm bunu yayımlayın. Həmkarımla bir neçə gün öncə körpəyə süd almaq üçün zibil toplamaq məcburiyyətində qaldıq.”
Dünən Xuzistan əyalətinin valiliyi qarşısına toplaşan bu işçilər onların tələblərini yerinə yetirib yenidən işlərinə qayıtmağı tələb etdilər.
Mitinqdə iştirak edən işçilərdən biri ILNA-ya dedi: “Səkkiz ay öncə fabrikin ikinci mərhələsinə başlamaq istədikləri bəhanəsi ilə təxminən 100 nəfərlə hesab kitab etdilər və bir neçə gündən sonra işinizə qayıdacaqsınız dedilər, ancaq səkkiz aydan sonra işə qayıtmağa icazə vermirlər və Şirkəti inkişaf etdirmək əvəzinə avadanlıqları satmağa başlayıblar.”
İşçilərə görə, bu fabrikdə 200-dən çox işçinin 80-90-cı illərdən bəri maliyyə və sığorta iddiaları var. Sığortaları və maaşları yarımçıq ödənilib və son maliyyə hesablaşması öncəki illərin maaşlarına əsaslanaraq hesablanıb.
Xuzistan Boru İstehsalat Şirkəti, dörd il öncə, İsfahan əyalətində bənzər sənayeləri gücləndirmək məqsədi ilə səhv idarəcilik nəticəsində bağlanmış və bundan sonra özəl sektora verildi.
Xuzistan əyalətindəki yerli media 2020-cı ilin Fevralında şirkətin cihazlarının, avadanlıqlarının və maşınlarının Tehranın zibil anbarlarına köçürüldüyünü bildirdi.
Bu xəbərin mediada yayımlanmasının ardından Əhvaz ümumi Prokuroru, Xuzistan Boru İstehsal Şirkətinin məhv edilməsinin qarşısını almaq və bu fabrikin dəmirləri və avadanlığını satanlar ilə qətiyyətlə məşğul olmaq üçün məhkəmə qərarı çıxardığını elan etdi.
Xuzistan Boru İstehsalı, Təbriz Maşın fabriki ilə eyni səviyyədə beynəlxalq bir fabrikdir və son dörd ildə təəssüf ki, rəhbərlik məsələləri səbəbiylə istehsaldan çıxarılıb və Malaşiyə bölgəsində və Əhvazın güneyindəki işsizlik və işçi etirazlarına səbəb olub.
Bu yaxınlarda Xuzistan Boru İstehsalat Şirkətinin idarə heyətinin sədri Qulamriza Eşqi mətbuat konfransında fabrikin heç bir hissəsinin satılmadığını və şirkətin istehsal xəttini inkişaf etdirdiklərini iddia etdi.
iranwire