Bir Ərdəbilli məhbus Korona xəstəliyi səbəbi ilə həyatını itirdi
5 Yanvar Çərşənbə axşamı günü, Ərdəbil Mərkəzi Həbsxanasında Korona xəstəliyinə yoluxduqdan sonra girov müqabilində sərbəst buraxılan bir Ərdəbilli vətəndaş, sərbəst buraxıldıqdan bir neçə gün sonra bu şəhərin İmam Xəstəxanasında həyatını itirdi.
Bu il 23 Dekabr tarixində Ərdəbil məhəllələrindən birində meydana gələn qarşıdurma səbəbiylə “Kazim İbadi”, bir neçə nəfərlə birlikdə həbs edildi. 33 yaşlı Ərdəbilli vətəndaş, 27 Dekabr tarixində Ərdəbil Mərkəzi Həbsxanasında Korona xəstəliyindən və fiziki vəziyyətinin pisləşməsindən sonra girov müqabilində sərbəst buraxıldı. Həbsdən çıxdıqdan sonra Ərdəbil İmam Xəstəxanasına yatırıldı, ancaq Korona virusunun səbəb olduğu tənəffüs çatışmazlığı səbəbiylə 5 yanvar Çərşənbə axşamı günü həyatını itirdi.
Keçən ildən bəri, İranda Korona epidemiyası başlandıqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasında məhbusların Korona xəstəliyinə yoluxduqları barədə çoxsaylı xəbərlər yayılmışdı. Bu həbsxanadakı bəzi siyasi məhbuslar, qohumları ilə əlaqə quraraq, məhkumlar arasında Kovid-19 virusu əlamətlərinin şiddətli olduğunu bildirmişdilər.
Ərdəbil Mərkəzi Həbsxanasında narahat ədici Korona virusunun yayılması barədə etibarlı xəbərlərə baxmayaraq, bu il 7 Dekabr tarixində, Ərdəbil əyalətindəki həbsxanaların baş direktoru “Seyid Muctaba Seyid Hüseyni” məhkumların sağlamlığı ilə bağlı xəbəri təkzib edərək demişdi. “İndiyə qədər Ərdəbil əyalətindəki həbsxanalarda heç bir şübhəli koronavirus hadisəsi müşahidə olunmayıb və bununla bağlı hər hansı xəbər yalandır və məhkumların səhhəti yaxşıdır.”
Ərdəbil Mərkəzi Həbsxanası uzun illərdir İranın ən haşiyəli həbsxanalarından biridir. Bu həbsxana Azərbaycanlı mədəni fəalların saxlanma mərkəzi və Sünni Bəluç məhbusların sürgün mərkəzi kimi tanınır. Bildirilir ki, bu həbsxananın 7-ci bölməsində saxlanılan siyasi məhbuslar sistematik şəkildə Pis davranışa məruz qalırlar.
Ərdəbil Həbsxanasında 14 bölmə, bir düşərgə və bir islah mərkəzi var. Bu həbsxana 700 məhbus tutumuna malikdir. Ancaq Ərdəbil əyalətindəki həbsxanaların keçmiş baş direktoruna görə, bu həbsxana köhnə bir tikintiyə sahibdir və tutumunun üç qatından çox məhkum orada saxlanılır.
Məhkumların çoxsaylı müraciətlərinə baxmayaraq korona dövründə izin verilməməsi, Ərdəbil Mərkəzi Həbsxanasındakı məhbusların sıxlığı və lazımi tibbi yardımın olmaması bu həbsxanada daha geniş bir korona xəstəliyi riskini artırmış və Məhkumların ailələri və insan hüquqları təşkilatlarının etirazlarına səbəb oldu.