Beyrutda baş vermiş partlayış qurbanlarının sayı artır/ Video
Livanın paytaxtı Beyrutda baş vermiş iki güclü partlayış nəticəsində həlak olanların sayı artmaqda davam edir.
Son məlumatlara əsasən, hadisə qurbanlarının sayı 80-nə yaxındır.
Xəsarət alanların sayının isə 4 minə çatdığı qeyd olunur.
Xatırladaq ki, partlayışa görə, ölkədə matəm elan olunub.
Partlayışların terror aktı olduğu ehtimal edilir.