Behruz Sari Sərraf: “Urmu gölünün duz fırtınaları faciəyə çevrilib”
Təbriz Universitetinin müəllimi, Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri Fakültəsinin rəhbəri Behruz Sari Sərraf, Urmu gölündən başlayan duz fırtınalarının faciəvi nəticələrə səbəb olacağını deyib.
Belə davam edəcəyi halda Azərbaycanın Somali və Efiopiyay çevriləcəyi barədə xəbərdarlıq edib.
“Təbriz Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdəki toz fırtınalarının və Urmu gölündəki duzlu toz fırtınalarının təsirinə məruz qalır ki, bu da bu şəhərin ekoloji problemini ikiqat artırır”-deyə, mütəxəssis bildirib.
Hal-hazırda 3 milyard kubmetr suyu olan Urmu gölünün su və sahəsinin 90% azaldığını, bunun nəticəsində baş verən duz fırtınalarının bölgəni təhdid etdiyini söyləyib.
O, gölün bərpasının sürətləndirilmədiyi, yanlış idarəetmə metodunun dəyişməsiyi təqdirdə daha faciəli durumun yaranacağınə bildirib.
Qeyd edək ki, son iki gün Ərzində Qərbi və Şərqi Azərbaycan əyalətlərində baş verən duz fırtınaları bir çox şəhərdə həyatı iflic edib, hava çirkliliyi səviyyəsinin təhlükəli həddə çatmasına səbəb olub.