Bayrağın sancıldığı, viran qoyulan bina… – Fotolar
Məlum olduğu kimi, işğaldan azad edilən Füzuli şəhərində bir dənə də olsun salamat bina, ev qalmayıb.
Düşmən barbarlıq nümayiş etdirərək hər yeri yerlə yeksan edib.
Bunu Prezident İlham Əliyev də dəfələrlə bildirib. “Xüsusilə Füzuli şəhərində əsgərlərimiz bayraq asmaq üçün 1 dənə salamat bina tapa bilmirdilər”, – deyə dövlət başçısı müsahibələrində, Xalqa müraciətində demişdi.
İşğaldan azad edilən Füzuli şəhərində Azərbaycan bayrağının sancıldığı binanın isə sadəcə ön hissəsindən bir parça qalıb.
Həmin bina vaxtilə “Araz” qəzetinin redaksiyası və şəhər icra nümayəndəliyinin binası olub.
Fotolar: Tural Hüseynli