Bayden ABŞ-ın yeni prezidentidir
ABŞ kütləvi informasiya vasitələri Cozef Baydenin Amerikanın yeni prezidenti olduğunu yazıblar.
Publika.az xəbər verir ki, AP agentliyi və NBC və CNN telekanalları Baydenin seçildiyini proqnozlaşdırıblar.
Onların hesablamalarına görə, Bayden gərəkli olan 270 seçicinin səsini yığa bilib.
ABŞ-da prezident seçkisi noyabrın 3-də keçirilsə də, nəticələri hələ də bəlli deyil. İlkin proqnozlara görə, Bayden liderdir, ancaq hazırkı prezident Donald Tramp ilkin nəticələrə şübhə edir.
Səslərin sayılması bir sıra ştatlarda rəsmi olaraq başa çatmayıb.
Tramp isə bu arada özünə məxsus klubda qolf oynamağa gedib.