Bağdadda Yaşıl Zonaya raket atılıb
Bağdadda Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra xarici ölkə səfirliklərinin yerləşdiyi Yaşıl Zonaya bazar günü raket atılıb.
İraq hərbi qüvvələrinin bildirdiyinə görə, raket hədəfə dəyməyərək, yaxınlıqdakı evə zərər vurub, bunun nəticəsində bir uşaq yaralanıb.
Hərbi qüvvələr “Bağdaddan şimalda Taci bazasını hədəf alan daha bir hücumun qarşısının alındığını və Katyuşa raketi və raket atan qurğunun ələ keçirildiyini” bildirib. ABŞ hərbi qüvvələri Taci bazasında qərargahlanır.
Hadisə ilə bağlı əlavə detallar verilməyib.
Hücuma görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.
Bazar günü hücum ABŞ səfirliyinin raket müdafiə sistemini testdən keçirməsindən bir neçə saat sonraya təsadüf edir.
Son aylar ABŞ diplomatları və hərbi qüvvələri İraqda onlarla raket hücumunun hədəfi olub. ABŞ bu hücumlarda İranın dəstəklədiyi silahlı dəstələri günahlandırır.
İyun ayının sonunda İraq hərbi qüvvələri hücumlarda iştirak ittihamı ilə İranın dəstəklədiyi silahlı dəstələrin onlarla üzvünü həbs edib.
VOA