Babək Çələbiyaninin bölgəsəl siyasi anlayışına inanabilərik mi?
Az Qulubal telenetdə gedən musahibə haqqında
Məqaləni səsli dinləmək üçün buraya tixlayın
Yunus Şamili
Son günlərdə, AzQulubal telenet kanalı “Birlikin sözçüsü Səid bey Azizi” və, “dirəniş” təşkilatının sözçüsü Babək bey Çələbiyanı ilə bir müsahibə aparıb və Azərbaycan təşkilatları arasında ittifaqların bərpa olması haqqda danışılıbdır. Bu musahibənin çox bölümü səmimi bir fəzada və diyaloq mahiyətli bir formada aparılmışdır. Əlbətdə müsahibənin bu bölümünü alqışlamaq lazımdır. Amma musahibənin bir bölümüdə danışıq qılıfından çıxır və Babək bey Çələbiyanı mənim haqqımda müsbət ifadələrdən sonra, sözü Türkiyədə Pkk təşkilatına gətirir və əxlaqsız bir biçimdə, dolayısı ilə məni pkk dəstəkçisi kimi göstərir və demokratik ilkələrə hayqırı olaraq, yalnış bir formada yuxarıdakı itihamı mənim saqqalıma yaxmağa çalışır.
Amma aydınlıq gətirmək üçün ilk öncə deməliyəm kı mən heç bir yazıda və hətta danışıqda bügünəqədər pkk haqqında fikir deməmişəm. Buna görədə hər kim mənim ağzımdan pkk dəstəyi çıxartmağa çalışırsa, nə demokratik, nə insani və nə də əxlaqa uyan bir iş görmür. Amma bundan əsaslı bir sözdə vardır. Diktatorlar və faşistlər siyasət aləmində bir əsasa dayanaraq demokratik düşuncəyə saldırarlar. O düşüncədə bundan ibarətdir ki; “ya mənim yanımda duracaqsan ya mənim düşmanım hesab olacaqsan”. Pkkda dəqiqən bu xasiyətdə bir təşkilat və faşistı düşüncəyə dayanan və ona çox qaba furmada əməl edən bir təşkilatdır. iran muxalifəti quruplarının içində olan xalq mucahidləridə faşist yapısı olan bir təşkilatdır. Babək bey çələbiyani özü və ya mənsub olduğu təşkilat iranın xalq mucahdlərini, kı pkkdanda bizim xalqımıza qat qat təhlükəli bir qurupdu və Güney Azərbaycanın topraqlarının hamısında gözü vardır, tərörist adlandırmır? Amma qonşu ölkə, türkiyədə bir kürd təşkilatı terörist adlandırmağa daha çux maraq göstərir!! Əcəba bu marağın kökləri hardadır? İrqçılıqda mı yoxsa titiz bir siyasətin olmamasında?
Hətta iran islam cumhuriyəti, yəni xalqımızın asli düşmanıda yuxarıda işarət etdiyim ideolojiya düşgündür. Yəni iran rejimidə faşist yapısı vardır və umumiyətdə hər kəsi və ya hər təşkılatı eyni rəngə, yəni öz rənginə çevirməyə çalışır. İran islam cumhüriyətidə bu əsasa dayanır ki, “mənimlə deyirsənsə, düşmanımlasan”!
Amma Babək bey Çələbiyaniyə demək lazimdir ki, demokratik bir düşüncə açısından məsələləri yalnız ağ – və ya qara görmək kökündən yalnış və gerici bir düşüncədir. Çün ağ ilə qara arasında yüzlərcə rəng, yüzlərcə baxış, tutum, fikir və düşüncə olabilir, necə ki vardır. Onların biridə mənim fikirimdi. Mən pkk təşkilatını antidemokratik düşüncəyə dayanan faşisti bir yapı tanıram və çələbiyani bey, təəsüflə yuxarıda adın çəkdiyim anti demokratik məfkürəyə əsaslanaraq məni və birliki bu təşkılata dəstək verən tanıtdırır. Bu utanc verici ifadələrə şantajdan başqa bir məna vermək mümkn deyildir. Babək bey Çələbiyani bizə faşist yapıların şuarın tikrar edir və deyir ki, “terörist deməsəz, ittifaq yapabilmərik”! Çələbiyani bey burada özün həqiqət tərəzisi sanmaqdadır. Çələbiyanı beydən sormaq lazimdir ki, bu musahibəyə qədər siz 30 ildir Türk milli hərəkatını iç siyasətdə istıqlal şüarı ilə yalnış yönəltmişsiniz. Bu müsahibə də allaha şükür fedəral pilatformu real yol olmasın təsdiq edirsiniz. Bu təcrübeyə dayanaraq ümid edirəm bizdən, hərəkatımızın bölgəsəl siyasəti sahəsində 30 il daha yalnış siyasət apardığınıza inanmamızı gözləmiyəcəksiniz.
Amma yeri gəlmişkən, terörist sözünün işlətməmə səbəblərimin bir neçəsin məmnuniyətlə burada qıssaca izah edərəm. Əlbətdə ki səbəblərimin hamısını siyasət icabatı üçün yazmaq istəmirəm. O səbəblərdən birsi bir susyal demokrat olaraq şovinist iqtidarların ədəbiyatından istifadə etmədən imtina edirəm. Bu mənim inandığım siyasi və etrazi fəlsəfəyə bağlı bir quraldır.
İkincisi, bir neçə il bundan əvvəl, A K P və Ərduğanın barış sürəcı adda bir pruses başladı və bir gecədə Abdullah Ocalan tərörist bir təşkilat başçısı durumundan “sayın Ocalana” adı deyişdi. Bu siyasət Türkiyə və AKP,nin siyasətlərinin icabatında gərçəkləşdi. İndi hissyata yaslanmadan Babək bey Çələbiyanidan sormaq lazimdir ki, tutalım bir neçə ay və ya neçə ildən sonra, Türkiyə hakimiyəti “tərörist pkk” ilə ginədə barış müzakirəsi başladı, necə ki geçmişdə bu iş dəfələrcə baş vermişdir. Belə bir sürəc ginədə başlayırsa, sayın Çələbiyani bey və təmsil etdiyi təşkılat, Türkiyənin hakimiyəti təröristlərlə barış müzakirəsi üçün özlərinə düşmən tutacaqlar mı?! Yoxsa Çələbiyani bey məcburən bir gecədədə olmasa, bir iki həftə içındə tərörist Abdullə Ocalanı sayın Ocalan adlandıracaq?! Çün pkk Perspektivdə Türkiyə devlətinin problemidir və O məseləni çözməkdə hər yolu test edə bilir. Onda Çələbiyani beyin suratının rəngi ağaracaq mı, yoxsa qızaracaqdır? Elə buna görə də biz bir siyasətə oyuncaq olmaq istəmirik. Elə buna görədə öz analizimizə və ədəbiyatımıza dayanaraq hərəkət etməni düşünməliyik.
Çələbiyani beyə və onun kimi düşünənlərə ginədə sual verməliyəm ki, birgün Türkiyə iqtidarı, p k k ilə barış sürəci başlayırsa onların siyasi tutumu nə olacaq? Türkiyə hakimiyətinin oyuncağı kimin davranacaqlar, yoxsa Türkiyənin qarşısında duracaqlar?! Arxayınam ki Babək bey və ona mənsub olan təşkilat, mekaniki bir siyasi baxışa sahib olduğu üçün məsələnin mürəkkəb pərdələrinə düşünməmiş və ya düşünəbilməmişdir. Amma bizim qərarımız müstəqil bir siyasət ürətmək və o əsasda siyasət aparmalıyıq. Biz güney Azərbaycan və İranda yaşayan türk xalqının milli maraqları üçün çalışırıq və bu çalışmanı Türkiyə iqtidarının quyruğu olmaqla mümkün olmadığını bilirik. Biz Türkiyə siyasətlərinə xalqımızın milli maraqları pəncərəsindən baxmağı seçmişik və bizim bəəzi aktvistlərimiz kimi Türkiyəni güney Azərbaycana heç zaman üstün, nə görürük və nədə görmək istirik. Elə buna görə də bizim siyasətlərimiz Dirəniş təşkilatı ilə bölgə və dünya siyasətlərinə gəldikdə bir birindən ayrılır. Biz AKP kiritərləri ilə bölgə və dünya siyasətlərinə baxmırıq, bəlkə xalqımızın milli demokratik istək və tələblər əsasında bölgə və dünya siyasətı üzredə müstəqil bir istrateji izləyirik.
Adın çəkdiyimiz musahibənın bir başqa yönünədə diqqət çəkmək istərəm. İki saat Azərbaycan təşkilatlarının ittifaqları haqda danışılır və Çələbiyanı bey bu sonuca varır ki güya ittfaqların bərpa olmamasının səbəbi pkk təşkılatını tərörist tanımamaqdır! Diqqət edin. İran siyasi cuğrafiyasında Güney Azərbaycanın siyasi təşkilatlarınin ittifaq qurması, Türkiyədə PKKya nə dəxli və nə əlaqəsi vardır? Belədisə, nə üçün 10 istiqlalcı indiyə qədə quruplar bir ittifaq qurabilməyiblər? Bu 10 qurup həm, istiqlalçıdırlar, həm bütövçüdülər, həm millətçidilər (nasiyonalistdilər), həm pkkya terörist deyirlər, həm Ərdoğanın heyranlarıdırlar… nə üçün bunlar bir araya gələbilmirlər? İstiqlalçı təşkilatlar bir araya gəlməyincə, nə üçün bəzi istiqlalçı quruplar Birliklə, yeni bir Federalist təşkilatlar ittifaq qurmaya maraqlanırlar? Bu əcayib bir gəlişmə deyil mi?
Siyasət tarixinin harasında yazır ki təşkilatlar hamısı eyni düşünməsələr ittifaqlar yaranabilməz?
Sonuc budur ki, hərəkatımızın təşkilatların teori sahəsində güclənməyə yox , bəlkə formalizmə yönəlik çaba və çalışmadadırlar. Eyni halda bu təşkilatlarda üzv olan fəaların düşüncə və davranış tərzləri demokratik qurallara uymamağı üçün bu qədər pərişan və zəifdirlər. Anti dəmokratik və şantajçı kültürün bu təşkilatlarda yayqın olması sayəsində buqədər dağınıq bir durumdadırlar. Çün kü Babək bey Çələbiyani bu musahibədə gözümüzə baxa baxa bir öküzü doğurmağa çalışdı.
Təşkilatlarımızın bir birinə yaxınlaşması əlbətdə ki xoş bır haldır. Amma bu təşkilatlar bildiyimiz qədər arzı elədyimiz təşkilatlar deyirlər. Arzı elədiyimiz təşkilatları dərin siyasi teorilərə dayanaraq və real bir istratejiyə əsaslanaraq xalqımızın marağın çəkməli və onayını almalıdır. Mən təəsüflə mocud təşkilatlarımızda bu kapasitəni hələ görəbilmirəm.
20200622
Adın çəkdiyim musahibənin linki