Azərbaycan Demokratik Birliyinin bəyannaməsi:Beynəlxalq təzyiq altında Iran islam respublikası sonunda Ukrayna sərnişin təyyarəsini vurulmasına etiraf etdi
İran İslam Respublikası artan beynəlxalq təzyiq altında Ukrayna sərnişin təyyarəsinin Sipah quvvələri tərəfindən raketlə vurulmasını etiraf etdi. 176 kişi, qadın, uşaq, İranlı və ğeyri İranlının öldürüldüyü bir cinayət bir Rus raketinin Boeing 737-nin gövdəsinə isabət etməklə baş verdi.Ölüm qorxusu təyyarənin qəzaya uğraması hissini günahsız insanları bir anlıq şoka saldı və çox keçmədi ki, ayrı-ayrı sərnişinlərin urəklərində ölüm zəngi çaldı və daha sonra ancaq sükut və kameralara çəkilmiş şəkillərdə əks edildiyi kimi yerə çırpılan təyyarənin partlaması bu acı hekayənin sonu oldu…
Ukrayna təyyarəsinin qəzaya uğramasının dəqiq səbəbini bilən İslam Respublikası ilk 4 gündə yalanları təbliq edərək həqiqəti inkar edib Ukrayna təyyarəsinin düşməsinin texniki səbəbi olduğunu elan etdi. Lakin bir çox beynalxalq profisonal qaynaqlar və hətta hadisənin yaxınlığında yaşayan sakinlərin çəkdiyi cib telefonu filimləri İslam Respublikasının iddealarına şübhə ilə yanaşırdılar ki tədricən təyyarənin vurulduğu barədə həqiqəti bildirməsinə, ki onun raketlə vurulması faciəsini açıqlaması idi, gətirib çıxardı. Rejim indi beynəlxalq təzyiq altında,xüsusilə qara qutunun açıqlayıcı məzmununu olması ehtimalı və təyyarənin atəşə tutulduğu filmlərin ortaya çıxması səbəbindən, öz cinayətinə etiraf etməyə məcbur oldu. Ən pisibudur ki bu etirafdada yeni yalanlara yol verilibdir və ordu rəhbərlərinin verdiyi açıqlamada, ordunun guya təkcə bir ya bəzi şəxsi heyəti günahlandırılıb və beləliklə işi böyük ehtimal verildiyinə görə məhkəməyə verəcəyini vəd edərək ictimaiyyətin düşüncələrini sakitləşdirməyə çalışıblar. Göründüyü kimi, rejim bu insanlıq cinayətinə görə bir ya bir neçə nəfərin mühakimə olunması və ya edam olunması ilə ört-basdır etmək niyyətindədir. Hal bu ki hər bir adi vətəndaşlarında bildiyi kimi raket sisteminin aktiv olması isə İnqilab Keşikçilərinin yüksək səviyyəli komandirlərinin qərarına ehtiyacı var.
Biz, Azərbaycan Demokratik Birliyi – Birlik təşkilatı olaraq İranda vurulan təyyarənin faciəsində hayatlarını itirənlərin yaxınlarına başsağlığı verir və İslam Respublikasını bu cinayətə görə qətiyyətlə pisləyirik.
Eyni zamanda, Azərbaycan Demokratik Birliyi təşkilatı dəhşətli hadisə ilə əlaqədar beynəlxalq qurumlar tərəfindən müstəqil istintaqın aparılmasının və İslam Respublikası rejiminin bəşəriyyətə qarşı törətdiyi bütün cinayətlərə görə Beynəlxalq ədliyə qurumlarına verilməsinin tərəfdarıdır olduğunu bildiririk.
Azərbaycan Demokratik Birliyi – Birlik
2020-01-11