Azərbayanlı fəal Əmir Sadiqiyan Məlikanda həbs edilib
İranwire-in əldə etdiyi xəbərə görə, Azərbaycanlı mədəni fəal Əmir Sadiqiyan Məlikanın Səbzə meydanındaki iş yerində təhlükəsizlik qüvvələr tərəfindən həbs edilib.
Bu ana qədər onun ittihamları və saxlandığı yer haqqında heç bir məlumat yoxdur.
Son günlərdə Təbrizdə saxlanılan 40 fəalın kimliyi bəlli edilmişdi. Ancaq saxlanılanların çox olduğu bildirilir.
Son günlər Məhsa Əmininin Əxlaq Polisi tərəfindən həbs olunduqdan sonra öldürülməsi ilə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin və s.-də təhlükəsizlik qüvvələrinin əməkdaşları kütləvi və geniş miqyaslı həbslər həyata keçirib və internetin geniş kəsilməsi səbəbindən həbslərin sayı barədə hələ də dəqiq məlumat yoxdur.
#məhsa_əmini #ümumi_etirazlar