Azərbaycanlı uşağın üç yaşı tamam oldu amma adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi verilmir
Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərində valdeyinlərinin “Onur” adı verdiyi uşağa 3 ildir ki, şəxsiyyət vəsiqəsi verilmir.
Bu barədə Azərbaycanlı uşağın atası Əli Hidayəti şəxsiyyət vəsiqəsi verilməməsinə etiraz olaraq Tikantəpə Qeydiyyat Şöbəsinə yenidən ərizə göndərdi.
Onur 16 May 2017 tarixində anadan olub.
Tikantəpə Qeydiyyat Şöbəsinin məsulları “Onur” adının idarəyə elan olunan siyahıda olmadığını əsas gətirərək uşağa şəxsiyyət vesiqəsi verməkdən imtina edirlər.
Qeydiyyat Şöbəsinin məsulları “Onur” adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə tələb olunduğunu bildiriblər.
Xatırladaq ki İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir.
Bu siyahıda türk adlarının böyük əksəriyyəti yer almayıb. Şübhəsiz ki, bu qərar İran rejiminin Azərbaycan türklərinə qarşı asimilasyon siyasətinə xidmət edir.