Azərbaycanlı şair Məhəmməd Rıza Cəfərinin Təbrizdəki evində axtarış aparılıb
bazar ertəsi, 2022-ci il Sentyabrın 5-də təhlükəsizlik qüvvələri Azərbaycanlı şairi Məhəmməd Riza Cəfərinin (Çalqın) Təbrizdəki evinə girib və onun evində axtarış aparıblar.
İranwire-in aldığı xəbərlərə görə, Azərbaycanlı şair cənab Cəfərinin evinə daxil olaraq evində axtarış apardıqdan sonra onun bütün şəxsi əşyalarını, o cümlədən telefonunu müsadirə edərək, çərşənbə günü 7 Sentyabrda kəşfiyyat idarəsinin 37-ci otağına getməsini istəyiblər.
Bu Azərbaycanlı şairin Təbriz Kəşfiyyat İdarəsinə çağırılmasının səbəbləri hələlik bəlli deyil.
Əlvida, Yalan Sərgisi, Mən Qadınların Tərəfindəyəm kitabları da cənab Cəfərinin (Çalqın) əsərlərindəndir.
#Azərbaycan_xəbərləri #Məhəmməd_Riza_Cəfəri