Azərbaycanlı mədəni fəal Yaşar Piri Təbrizin mərkəzi həbsxanasından sərbəst buraxılıb.
Yaşar Piri İnstaqram səhifəsində yazıb: “Qardaşımın işinə görə tanımadığım şəxsə 30 saniyə zəng vurduğuma görə “məhkəmə orqanlarına təsir göstərmək” məqsədi ilə ittiham edildim. Həmin şəxs prokurorluqda dediyim məsələni olduğu kimi açıqladıqdan sonra mən 200 milyon tümənlik girov qarşılığında sərbəst buraxıldım.”
Ayrıca, Siyavuş Əlizadənin yaxınları bu mədəni fəalın son bir neçə gündə 200 milyon tümən girov qarşılığında sərbəst buraxıldığını açıqlayıblar.
Yaşar Piri və Sayvuş Əlizadə 17 avqustda Təbriz Şəhər Kəşfiyyat İdarəsinə çağırıldıqdan sonra həbs olunmuşdular.
#Azərbaycan_xəbərləri #siyasi_məhbus