Azərbaycanın şəhərlərində kütləvi həbslər davam edir
Ayrıca Azərbaycanlı mədəni fəal Səid Sadiqifər də cümə axşamı, 22 Sentyabr səhər saat üçdə Ərdəbil şəhərində iş yerində mülki geyimli zabitlər tərəfindən hücuma məruz qalıb və həbs edilib.
Iranwire-in aldığı xəbərə görə, Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin və s.-də təhlükəsizlik qüvvələrinin əməkdaşları kütləvi və geniş miqyaslı həbslər həyata keçirib və internetin geniş kəsilməsi səbəbindən həbslərin sayı barədə hələ də dəqiq məlumat yoxdur.
Qeyd edək ki, bundan öncə Ərdəbildə mədəni fəallarının toplantısında Azərbaycanlı tanınmış mədəni fəallarından Əsgər Əkbərzadə və şair və mədəni fəal Səid Sadiqifar Qarabağın azad edilməsinə dəstək olaraq Ərdəbil şəhərinin Ciral parkında keçirilən mitinqdə həbs edilmişdilər.
#Azərbaycan_xəbərləri #ümumi_etirazlar