ADB- Birlik in qarşıdan gələn seçkilərlə bağlı bəyanatı: İslam Respublikasının seçki saxtakarlığını ifşa və boykot edirik
İran Türk xalqı, Azərbaycan vətəndaşları
Azadlıq istəyən və hər bir ayrıseçkilik ilə mübarizə edən İran vətəndaşları
Xomeyninin İrandakı Velayat-e Faqih rejimi ki Respublikaçı Maska ilə örtürülübdür, Xomeyninin Velayat-e Faqih Kitabında deyir: Millət Vəliye Fəqih ya İmamın qarşısında Seqar (İki uç yaşlı Uşaqlar) və Məcanin (Dəlilər) yerindədir! Bu cür məntiqlə, qanunun hakimiyyətinə, ki həqiqi seçkilər onun vacib cəhətlərdən biri dir, İran İslam Respublikasında bir yerinin qalmaması təbiidir.
Ama peşəkar aldatıçı mullalar və hakim ruhanilər zahirdə “Səs millətin səsidir” deməklə əslində riyakarlıqlarına başqa bir maska çəkirlər. Velayat-e Faqih sistemində, ki əslində Şiəçilikin bir məhsuludur, özün insan haqları ilə ziddiyətdə olan qanunları ilə,və həmçinin təyin etdiyi Mühafizə Şurası ilə əslində vətəndaşların etibarlı nümayəndələrini sərbəst və ədalətli şəkildə seçməsi ehtimalını qeyri-mümkün edibdir. Məhz buna görədə indiki peyda olmuş İslahatçılar da Velayat-e Faqih-in mühafizəkar, cinayətkar və xurafat sisteminin davam etdirmək yolunun ortaq yoldaşlarıdırlar.Məntəqənin cinayətkarı olan Qassim Süleymaninin saxta təmtəraqlı numayişli cənazə mərasimlidə toplumun bir hissəsinin güya iqna etməsi üçün idi ki qısa müddətli çıxarları uğruna bu insanlıqa və azadlığa qarşı olan cinayətkar rejimin mahiyyətinə göz yumurlar.
Amma soyğunçuluq və sitemin başarısız idarə etmə qabiliyyəti ucubatindan bahalıqla bağlı toplu şəkildə etirazçı gənclər və İran vətəndaşlarının qətl edilmələri, başka tərəfdən çoxunluqluda tələbələri daşıyan Ukrayna təyyarəsinin raket ilə qəsdən vurulması rejimin əlini artıq hətta toplumun ən bilgisiz kəsimədə oxudubdur.
Bu gün Konstitusiyanın Mühafizə Şurasının namizədlərinin seçilməsi naminə səs vermək, azad ictimai səs verməyə və demokratiyaya xəyanətdir.Bu eyni zamanda o cinayətkar Süleymaninin dəfni kimi bunun xarici və daxili təbliğatçı istifadəsini nümayiş etdirməkdir.
İran İslam Respublikası seçkilərini ifşa etmək və boykot etməklə bir daha bu rejimə zərbə endirməliyik. Bir tərəfdəndə həm daxildə və həm xaricdə yalançılıqla ictimai rəy qazanmasının qarşısını almaq üçün çüçn bu baykotun tətbiq edilməsi zərüridir.
Azərbaycan Demokratik Birliyi – Birlik
3. fevral.2020