Azərbaycan Demokratik Birliyinin Ermənistan və Azərbaycan arasındakı hərbi münaqişə ilə bağlı bəyanatı
Barış üçün
1988-ci ilin fevralında Azərbaycanın Qarabağ regional parlamentinin müstəqilliyini elan etməsi ilə başlayan gərginlikdən təxminən 30 ilə yaxın vaxt keçir. İllər keçdikcə bu gərginlik tədricən Azərbaycanla Ermənistan arasında nisbətən geniş miqyaslı hərbi qarşıdurmaya çevrildi və Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanın təxminən 20% -ni işğal etdi, 30 mindən çox insan həlak oldu və bir milyon didərgin düşdü.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) münaqişəni dayandırmaq üçün 1992-ci ildə Minsk qrupunu yaratdı və daha sonra 1994-cü ildə müharibəsinin davam etməsinin qarşısını almaq üçün digər ölkələri (Rusiya və Amerika Birləşmiş Ştatları daxil olmaqla) Minsk qrupuna dəvət etdi. Mübahisə BMT-yə də göndərildi və BMT qətnamələri Ermənistanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddialarını rədd etdi və Ermənistanı ən qısa müddətdə Azərbaycanın torpaqlarını tərk etməyə çağırdı. Qətnamələrdə eləcədə Azərbaycanı bu ölkədəki Ermənilərin hüquqlarına hörmət etməyə çağırıb. Bununla yanaşı, Azərbaycanın BMT qətnamələrinə riayət etdiyini dəfələrlə vurğulamasına baxmayaraq, Minsk Qrupunun danışıqları bu günə qədər sülhün bərqərar olmasına və regionda BMT qətnamələrinin icrasına nail ola bilmədi.
İyulun 12-də Tovuz sərhəd bölgəsində Ermənistanın Azərbaycana təcavüzü, bölgənin hərbi münaqişə ilə əlaqəli olmayan bir halda, aydın olmayan siyasi- iqtisadi – stratejik səbəblərə görə Ermənistan tərəfindən baş verən hərbi hücumlarından biridir. Ermənistanın məqsədləri son hucumu ilə bu günə qədər hərbi münaqişə zonası olmayan Tovuz sərhəd bölgəsində baş verməsi xüsusilə əhəmiyyətlidir. Maliyyə itkiləri ilə yanaşı, Ermənistanın bu hərbi təcavüzü hər iki tərəfdən hərbi və mülki şəxslərin bir hissəsinin ölümü ilə nəticələndi.
Biz Azərbaycan Demokratik Birliyi -Birlik olaraq Ermənistanda baş verən son təxribatları pisləyirik .
Azərbaycan Demokratik Birliyi – Birlik
16.07.2020