Azərbaycan Demokratik Birliyi – Birlik təşkilatının bəyanatı ; Şüşanı qucağına geri aldın gözün aydın Azərbaycan
Bu gün noyatr ayının 8 i Azərbaycanın rəsmi məqamları o cumlədən baş kamandan və ölkənin prezidenti İlham Əliyev Şüşa şəhərin işqaldan azad edilməsini fəxri xiyavanda şəhidlər məzarına gül çiçək qoyub onları yad etdikdən sonra rəsmən elan etdi.
Gözün aydın o taylı bu taylı Azərbaycanın vətənpərvər əhalisi!
Azərbaycan 30 illik qanıyan yaranın və sızlayan həsrətin sona varmasının müjdəsini bu gün aldı.
Azərbaycan 30 il səbir və təmkin ilə bütün verilən vədələrə ki bu məsələ müzakirə yolu ilə həll olacaq yanaşdı ama bu gün deyildiyi kimi “Qarabağ sülh yolu ilə alınmadı ki sülh yolu ilədə geri qaytarılsın”. Qəhrəman Azərbaycan əskəri tarix yazdı və əhalinin qanına qəltan olunmuş torpaqlarını yenə qanı bahasına geri aldı.
Bu tarixi gündə bir gözümüz sevic yaşları ilə dolsada o biri gözümüz vətən müdafiəsi və haqlı davamız yolunda canlarından olan minlər igidimizin, habelə dinc əhalinin işqalçıların vəhşi və saldırqan gülləsi və ya başqa silahlarına tuş gəlib həyatlarından olanları anır və yaşlanır.
Sizi unudmayacayıq !
Eşq olsun Azərbaycanın qəhrəman ordusuna
Eşq olsun Azərbaycanın vətənsevər igid vətəndaşlarına
Qələbəmiz hamımıza mübarək və qutlu olsun !
Azərbaycan Demokratik Birliyi- Birlik
8 Noyabr 2020