Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Katibliyinin elanı
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Katibliyinin elanı
Əziz həmvətənlər!
1402-ci il aban ayının 14-də(5 noyabr 2023) Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin növbəti plenumu müvəffəqiyyətlə keçirildi.
Plenum rəsmi işə başlamadan öncə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri yoldaş Adilə Çernik Bülənd” ölkəmiz İranın azadlıq hərəkatı və habelə Azərbaycan Respublikasında Qarabağın azad edilməsi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmək üçün bir dəqiqəlik sükut elan etdi.
Sonra yoldaş Adilə iki plenum arasındakı cari məsələlərə toxunanaq dedi:
“Təşkilatın son plenumundan dörd ildən artıq vaxt keçir. İki plenumun keçirilməsi arasındakı fasilənin uzadılmasıın səbəbinə gəlincə deyə bilərəm ki, məşğul olduğumuz müxtəlif məsələlər və problemlərlə bağlıdır. Bu problemlərdən biri təşkilatın işində koordinasiyanın olmaması, bəzi yoldaşların üzərinə düşən təşkilati tapşırıqların yerinə yetirilməməsi, həmçinin bunlarla yanaşı ən əsas məsələ isə çoxlu sayda insanın həyatına son qoyan koronovirus və bu xəstəliyin epidemiyasının yayılmasıdır və bu səbəbdən də insanların normal həyat tərzinin pozulmasıdır.
Bu müddət ərzində biz İranda və dünyada böyük dəyişikliklərin şahidi olduq. İran xalqının “Mehsa Əmininin” ölümü ilə başlayan son etiraz hərəkatının gedişatına nəzər salmaqla, yüz minlərlə insan, xüsusən də İranda gənc qız və oğlanların küçələrə axışı, ölkəmizin gözlənilməz hadisə və yeni dəyişikliklərə hamilə qaldığını göstərdi. Ona görə də bu plenumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Diqqət yetirməli olduğumuz başqa bir məqam isə odur ki, təəssüflə bu plenumu keçirmək ərəfəsində müxtəlif məsuliyyət daşıyan yoldaşlardan dördü dağıdıcı və qeyri-təşkilati üsullara əl ataraq, təribatılıqdan və qruplaşmadan başqa bir şey olmayan hərəkətlərə yol veriblər. Bu qeyri normal hərəkətə prinsibsizlikdən başqa ad vermək olmaz. Bu yoldaşlar yollarını Azərbaycan Demokrat Firqəsidən ayırıblar.
Bəli, belə mürəkkəb və çətin şəraitdə biz bura toplaşa bildik. Biz daha çox planlı şəkildə gələcəyi qarşılamağa borcluyuq, Ökəmizin xalqları, xüsusən də zəhmətkeş və məhrumiyyətdə yaşayan insanlar üçün perspektivli və xoşbəxt bir gələcək ərməğqan gətirsin.
Firqə rəhbərinin çıxışından sonra plenum iştirakçıları onun çıxışı ilə əlaqədar geniş müzakirələr aparıb və təsdiqlədikdən sonra plenum öz rəsmi gündəliyinə başladı.
Əvvəlcə plenum iştirakçıları İran və dünyanın aktual problemləri və təşkilat məsələlər haqqında ətraflı müzakirələrdən sonra bir neçə yoldaşları mərkəzi komitənin üzvlüyünə qəbul etdilər.
Plenum öz işini davam etdirərək Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin rəhbərinin seçilməsi məsələsinin müzakirəsinə başladı. Yığıncaq iştirakçıları belə ağır və çətin şəraitdə ögey qardaşların bütün problem və uğursuzluqlarına baxmayaraq, üzərinə düşən ağır məsuliyyətin öhdəsindən tam bacarıqla gələ bilən Adilə Çernik Büləndi təqdir etməklə bərabər, yenidən onun firqə sədri seçilməsinə yekdilliklə səs verdilər. Adilə yoldaş bir daha Azərbaycanın demokrat Firqəsi sədri seçildi.
Plenumun yekun hissəsində MK-nın siyasi Bürosu üzvləri seçilib, siyasi büro üzvlüyünə namizədlər arasında iki nəfərdən başqa, qalanları yekdilliklə seçildılər. Təşkilat, təbliğat, maliyyə, qadın və təftiş şöbələrinin məsul işçiləri də yekdilliklə seçilidi.
Plenum təşkilat şöbəsi üçün konkret işçi qrupu yaratmaqla aşağıdakı vəzifələri yerinə yetirməyi tapşırdı:
1- Siyasi partiya və təşkilatlarla, xüsusən də milli-hərəkat partiyalarıla əlaqə saxlamaq, həmçinin bu partiyaların toplantılarında və xaricdəki kütləvi və virtual mediada Azərbaycan Demokrat Firqəsinin sözçüsü kimi iştirak etmək üçün xüsusi nümayəndənin seçilməsi.
2- Bu Respublikada yaşayan Azərbaycan Demokrat Firqəsi üzv və tərəfdarlarını təşkilkilatlandırmaq üçün Azərbaycan Respublikasında xüsusi nümayəndənin seçilməsi.
Təbliğat şöbəsi firqənin internet saytının keyfiyyətinin yaxşılaşdırılması, firqə orqanı kimi “Azərbaycan” qəzetini nəşr etmək, “Telegram” və s. virtual imkanlardan optimal istifadə etmək üçün işçi qrupu yaratmaq, eləcə də Azərbaycan Demokratik firqəsinin yeni proqram və nizamnamə layihəsini hazırlamaq və növbəti plenuma təqdim etmək və rəy bildirmək üçün onu virtual imkanlarla nəşr etmək üçün işçi qrupu yaratmaq.
Plenumun qərarına əsasən, siyasi büro ölkə daxilində və hüdudlarından kənarda baş verən hadisələri izləyərkən mütəmadi olaraq iclaslar keçirməyə, filialların fəaliyyətinə diqqətlə nəzarət etməyə borcludur.
Plenumun sonunda Azərbaycan Demokratik Firqəsinin rəhbəri yoldaş Adilə plenumda fəal iştiraklarına görə bütün iştirakçılara öz təşəkkürünü bildirərək onlara uğurlar arzulamaqla yanaşı, vurğuladı: “Biz qarşımıza qoyulan vəzifələri yerinə yetirməkdə daha diqqətli olmalıyıq.” Özümüzü yaxın gələcəkdə keçiriləcək daha vacib görüşə hazırlayaq.
Azərbaycan Demokrat Firqə Mərkəzi Komitəsinin Katibliyi
Bazar günü, 14 aban 1402-ci il (5 noyabr 2023)