Azərbaycanlı müğənni Abbas Nikrəvan həbs edilib
7 May 2022-də Salmas şəhərinin ədliyyə məmurları bu şəhərdə yaşayan Azərbaycanlı musiqiçi və müğənni “Abbas Nikrəvanı” həbs edərək Salmas həbsxanasına köçürürlər.
İranwire-ə çatan xəbərlərə görə, Salmas şəhərinin ədliyyə işçiləri müğənniyə qarşı həbs cəzasını icra etmək üçün Abbas Nikrəvanı həbs ediblər.
Bundan öncə hakim Əsgər Həmidinin rəhbərlik etdiyi Salmas 2-ci Cinayət Məhkəməsinin 102 saylı şöbəsi Abbas Nikrəvanı “kiber məkanda İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə saxlandığı günlər daxıl olmaqla 91 gün həbs cəzasına məhkum edib.
Abbas Nikrəvan 5 Sentyabrda Batı Azərbaycan əyalətinin Salmas şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutularaq bilinməyən yerə köçürülmüşdü. Bu mədəni fəal 21 Sentyabr 2021-ci ildə Urmiyə Mərkəzi Həbsxanasından məhkəməyə qədər 600 milyon Tümən girov qarşılığında sərbəst buraxılmışdı.
Abbas Nikrəvan, Şəbistər şəhərinin Nadarlı kəndindən olan musiqiçi və mədəni fəaldır. O mədəni və xeyriyyəçilik fəaliyyətinə görə dəfələrlə saxlanılıb. 2015-ci ilin Fevral ayında təhlükəsizlik qüvvələri cənab Nikrəvanı Miandoab şəhərində xərçəng xəstələrinə və kimsəsiz uşaqlara dəstək üçün vermək istədiyi konsertini ləğv etdi və üç günlük konsertin qarşısını aldı. Təhlükəsizlik qüvvələri 2019-cu ilin İyul ayında Babək Qalasının illik Qurultayı ilə eyni vaxtda Abbas Nikrəvanı onlarla mədəniyyət iştirakçısı ilə birlikdə həbs etdi.
#Azərbaycan_xəbərləri #jurnalistika_cinayət_deyil #Abbas_Nikrəvan