Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçiriləcək
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək.
Bu barədə bugün, iyulun 27-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən bu, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq gerçəkləşməlidir:
“Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək”
Təlimlər iyulun 29-dan avqustun 10-na kimi davam etməlidir.
Plana əsasən təlimlərin avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcəyi gözlənir.
“Hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək”, nazirlik bildirir.