Azərbaycan respublikasi: “Zəngilan şəhəri azad edildi”
İlham Əliyev xalqa televiziya ilə müraciətində Azərbaycan Ordusunun Zəngilan şəhəri və rayonun 6 kəndinin, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndininin azad edildiyini bildirib.
Prezident Əliyev Ermənistan Ordusunun çoxsaylı silah, sursat və hərbi texninasının məhv edildiyini və qənimət kimi ələ keçirildiyini bildirib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün Facebook səhifəsində xəbər verir ki, Qarabağ münaqişəsi zonasında cənub istiqamətindəki “düşmən (Xudafərin su anbarı) geri çəkilir, böyük itkilər verir.”
Özünü tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın prezidenti kimi təqdim edən Araik Harutyunyan bildirib ki, ən çətin döyüşlər Qarabağın cənubunda baş verir.
“Güclü döyüş əməliyyatları bütün cəbhə boyunca davam edir. Eyni zamanda, ən çətin döyüşlər Qarabağın Kaşatağ bölgəsinin İşxanadzor, Kovsakan və Mincivan icmalarının ərazisində baş verir,” o, qeyd edib.
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Ermənistanın Dağlıq Qarabağı bütün vasitələrlə dəstəklədiyini bildirib.
“Yerevan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olaraq bütün lazımi tədbirləri həyata keçirir və həyata keçirəcək,” Mirzoyan qeyd edib.
Bununla yanaşı, Ermənistanın rəsmi mənbələri Zəngilan şəhərinin və kəndlərin Azərbaycan Ordusu tərəfindən azad edilməsi barədə xəbərləri hələ təsdiq etməyib.
Azərbaycanın Zəngilan rayonu və digər ətraf kəndlər 1993-cü ilin payızında erməni hərbi qüvvələri tərəfindən zəbt olunmuşdu.
VOA