Azərbaycan mədəni fəallı Rəhim Pənahiyan Təbrizdə həbs edilib
Azərbaycanlı mədəni fəal dünən, 28 Avqust 2022-ci ildə Təbrizin təhlükəsizlik qüvvələri tərəfindən atasının evində həbs edilib.
Bu xəbəri yazan vaxta kimi onun həbsinin səbəbləri və bu Azərbaycanlı fəalın haraya köçürüldüyü barədə ətraflı məlumat yoxdur.
Qeyd edək ki 19 yaşlı bu mədəni fəal Traxtor komandasının oyunlarında qısa müddətli həbs tarixi var.
Son vaxtlar Azərbaycanlı mədəni fəallara qarşı təzyiqlər artıb.
Keçən həftə Yaşar Piri və Siyavuş Əlizadə də saxlanılaraq Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdülər.
#Azərbaycan_xəbərləri #mədəni_fəal