Apellyasiya Məhkəməsi Əmir Səttarinin cəzasının dayandırılmasını ləğv edib
Təbrizdə yaşayan Azərbaycanlı mədəni fəal Əmir Səttari Doğu Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən 91 günlük həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilib.
Təbrizdə yaşayan mədəni fəal daha öncə Təbrizin 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamı ilə 91 günlük həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.
Ancaq bu hökmün 50 günü 2 il boyunca şərti olaraq dayandırılmışdı. Hazırda ilkin hökm bir daha qüvvədə saxlanılaraq bu mədəni fəal bir daha 91 gün həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilib.
Bu Azərbaycanlı fəal 21 iyul cümə axşamı günü axşam saatlarında təhlükəsizlik qüvvələri tərəfindən tutuldu və dindirilmə prosesi başa çatdıqdan sonra 11 Avqustda Təbrizin Mərkəzi Həbsxanasına köçürüldü.
Bundan öncə, cənab Səttari 1 yanvar 2018-ci ildə, ümumi etiraz aksiyaları zamanı, təhlükəsizlik məmurları tərəfindən həbs edilmiş və Təbriz Həbsxanasının karantin şöbəsinə köçürülmüşdü. Daha sonra bu Azərbaycanlı fəal məhkəməyə qədər 100 milyon Tümən girov qarşılığında sərbəst bueaxılmışdı.
Xatırlatmalıyıq ki, mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində “Təbriz” şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu və 150 nəfərdən çox Azərbaycanlı fəal İranın bir çox şəhərində həbs edildi.