Apellyasiya məhkəməsi; Qarabağın azad edilməsinə dəstək verən üç Təbrizli vətəndaş həbs və şallaq cəzasına məhkum edildi
Təbrizdə yaşayan üç mədəni fəal “Qarabağın Qurtuluşuna Dəstək” adlı etiraz mitinqində iştirak etdikləri üçün ümumilikdə üç il həbs və 180 şallaq cəzasına məhkum edildi.
Doğu Azərbaycan Əyalət Apelyasiya Məhkəməsinin 1 saylı şöbəsi “Sədullah Sasani”, “Rəhim Sasani” və “Mehdi Purali Xormalu”ya qarşı ilkin məhkəmədə çıxarılan həbs və şallaq cəzalarını qüvvədə saxladı.
Bu ilin Dekabr ayında, bu üç mədəni fəal Yasəmən Zəfəri və Həkime Əhmədi ilə birlikdə “ictimai asayişi pozmaq”, “qanunsuz toplantılarda iştirak etməklə ictimai asayişi pozmaq” və “məmurlara qarşı üsyan etmək” ittihamı ilə Təbriz ikinci Cəza Məhkəməsinin 112 sayılı şöbəsində hər biri bir il həbs və 60 şallaq cəzasına məhkum edildi. Bu hökm 4 il təxirə salınmışdır.
Bu beş mədəni fəal, ən azı səkkiz vətəndaşla birlikdə 16 İyulda Təbrizdəki Azərbaycan Konsulluğunun qarşısında Dağlıq Qarabağın azad edilməsinə dəstək mitinqində həbs olundu.
Bu mədəni fəallar, bu ilin Avqust ayında üç həftə nəzarətə alındıqdan sonra, hər biri məhkəmənin sonuna qədər 100 milyon Tümən girov müqabilində sərbəst buraxıldı.
İkinci Qarabağ savaşı başladıqdan sonra və İrandakı mədəni fəalları və Azərbaycan partiyaları tərəfindən çağırışların verilməsindən sonra, İranın, Dağlıq Qarabağ savaşındakı siyasətinə qarşı ən az üç dəfə Tehran, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil və Türklərin yaşadığı digər bəzi şəhərlər də daxil olmaqla müxtəlif şəhərlərdə mitinqlər keçirildi. Mitinqlər zamanı yüzlərlə azərbaycanlı siyasi, mədəni və tələbə fəal nəzarətə alındı. Son bir neçə ayda bəzi məhbuslar həbs və şallaq cəzasına məhkum edildi.
iranwire