Apellyasiya məhkəməsi Nadir Sadıqiyanın cəzasını 2 il müddətinə dayandırıb
Təbriz şəhərində yaşayan milli fəal Nadir Sadıqiyana ilkin məhkəmə tərəfindən verilən cərimə hökmü Apellyasiya Məhkəməsinin qərarı ilə 2 il müddətinə dayandırılıb.
Apellyasiya Məhkəməsi tərəfindən Nadir Sadiqiyana verilən hökmün bir qismində “məhkum bu iki il ərzində İran İslam Respublikasının separatçıları və müxalifləri ilə hər hansı təmasdan çəkinməlidir” – deyə, qeyd olunub.
Apellyasiya Məhkəməsi, həmçinin Nadir Sadıqiyanın vilayətdən kənara və ya ölkə xaricinə çıxması üçün Kəşfiyyat İdarəsindən icazə almasıının vacibliyinə qərar verib.
Ötən ilin iyul ayında Təbriz şəhərində ərəblərə dəstək mitinqi ilə əlaqədar həbs edilən Sadıqiyan “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə əhalini iğtişaşa dəvət etmək” ittihamı ilə günahkar tanınıb və 6 milyon tümənlik cərimə ödəməyə məhkum edilmişdi.
O, dosyesinin digər hissəsində Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə 4 ay həbsə məhkum edilmişdi. Sadıqiyana verilən bu həbs cəzasının 100 günü 4 ilə qədər şərti olaraq dayandırılıb.