ADB- Birlikin sözçülərindən olan Səid Əzizi: İran üçün yeganə çözüm yolu federalizmdir
Səid Əzizi Azərbaycan Demokratik Birliyi -Birlik təşkilatının sözçülərindən biri kimi bu yaxınlarda Brüsseldə Avropa Parlamentində “İranda etnik icmaların gələcəyi” qatıldığı bir toplantı haqda VOA Azərbaycan bölümü ilə müsahibə etmişdir. Həmin müsahibədə o demişdir :Əzizinin söylədiklərinə görə, İranın türk, ərəb, kürd, bəluç və türkmən icmalarına mənsub təşkilatların qatıldığı tədbirdə İranın gələcəyi üçün federal bir hökümət sisteminin qurulmasına dəstək bildirilib.
Əvvəllər federalizmdən danışmaq tabu idi, millətlərin haqqından danışmaq və İranın çox-millətli bir ölkə olmasından danışmaq tabu idi, və bölücülük sayılırdı. İndi bu tabu yavaş yavaş sınır.
“Federal İranın Milliyətləri Konqresi”-nin təşəbbüsü ilə təşkil olunan konfrasda “Azərbaycan Demokratik Birliyi” təşkilatının sözçüsü Səid Əzizi, “Əhvaz Demokratik Həmrəylik Partiyası”-nın sədri Cəlil Şərhani, “İran Kürdüstanı Demokrat Partiyası”-nın sədri Mustafa Hicri, “Bəluçistan Xalq Partiyası”-nın sözçüsü Nasir Boladeyi, “Türkmənsəhra Mədəni-Siyasi Təşkilatı”-nın sözçüsü Yusuf Kor, habelə Nobel sülh mükafatı laureatı Şirin İbadi İranın siyasi gələcəyi ilə bağlı fikirlərini bəyan ediblər.
Səid Əzizinin dediklərinə əsasən, konfransda çıxış edənlərin hamısı İranın gələcəyi üçün federal bir alternativin uyğun olduğuna dair dəstəkləyici fikirlər səsləndiriblər.
Qaynaq :
https://www.amerikaninsesi.org/a/səid-əzizi-i̇ran-üçün-yeganə-çözüm-yolu-federalizmdir/5211984.html?fbclid=IwAR3rwmGycVr_7qwoa_4cvH18qLPA0grs3WgYa_-Kyu_nZJ44PnF67rufysY