“Amerikanın İrana “maksimum təzyiq” siyasəti yaxınlarda sona çatacaq”, M.Vaizi
İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi Amerika Birləşmiş Ştatlarının təktərəfli sanksiyalarının yaxın aylarda sona çatacağına dair Avropa və Asiya ölkələrindən işarələr aldıqlarını söyləyib.
İran dövlət televiziyasında yayılan məlumata görə, “Saipa” avtomobil şirkətinin təşkil etdiyi mərasimdə çıxışında M.Vaizi deyib: “Yaxın aylarda sanksiyaların ortadan qalxacağına inanırıq… ABŞ-ın İrana “maksimum təzyiq” siyasəti – sanksiya tətbiq edənləri siyasi, iqtisadi, ictimai və təhlükəsizliklə bağlı hədəflərinə çata bilmədilər. Xalqın vəziyyəti çətinləşdisə də, istədikləri nəticəni qazanmadılar… Avropa, Asiya və digər ölkələrdən sanksiyaların son günlərinə dair işarələr alırıq. Yaxınlarda hər şey yaxşı olacaq.”
TRT Farsi