Abbas Lisani Ərdəbil Mərkəzi Həbsxanasında aclıq aksiyasına başladı
Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə olan siyasi məhbus “Abbas Lisani”, dünən, 18 Yanvar 2021 Bazar ertəsi, bu həbsxanadakı başqa bir məhbus Yusif Kariyə dəstək olaraq və Ərdəbil həbsxana nəzarətçisinin bu siyasi məhbus ilə olan pis rəftarına etiraz edərək aclıq aksiyasına başladı.
Iranwire tərəfindən alınan xəbərlərə görə; Ərdəbil Mərkəzi Həbsxanasında iki ilik həbs cəzasını çəkən Yusif Kari, Ərdəbil məhkəmə rəsmilərinin həbsxanadakı siyasi məhbusların hüquqlarına laqeyd qıldıqlarına etiraz edərək 14 Yanvar çərşənbə günündən etibarən aclıq aksiyası keçirir.
Bu Azərbaycanlı siyasi məhbus 17 Yanvar bazar günündən etibarən aclıq aksiyasının beşinci günündə quru aclıq aksiyasına başladı.
14 Yanvar çərşənbə günü, Ərdəbil Həbsxana nəzarətçisi “Sepehri”, tibbi məzuniyyət tələbi ilə əlaqədar Yusif Karini ofisinə çağırıb. Ancaq “Sepehri”, “siyasi məhbusların hüquqlarını tanımırəm” deyərək, Kari və başqa siyasi məhbusları təhqir edib.
Bu siyasi məhbus Ərdəbil həbsxanasında bu ilin Dekabr ayında məhkumlar arasında geniş şəkildə yayılmış Korona xəstəliyini bildirən ilk məhbus idi.
Ərdəbil Həbsxanasında Korona xəstəliyinin yayılması xəbəri və bu xəbərə geniş reaksiyaların ardından, həbsxana rəsmilərı Yusif Karini 7 saylı bölmədən (siyasi məhbusların olduğu yer) 8-ci karantin bölməsinə (Təhlükəli cinayətkarlar bölməsi) köçürdülər.
Ərdəbil əyalətindəki məhkəmə və təhlükəsizlik rəsmiləri, Korona xəstəliyinin yayılması xəbərlərinə və Azərbaycanlı mədəni fəalların Türk şəhərlərində başlatdıqları “Azərbaycanlı siyasi məhbusların həyatı bizim qırmızı cizgimizdir” kampaniyasına cavab olaraq, mediaya verdikləri müsahibələrdə, Ərdəbil həbsxanasındakı Korona xəstəliyinin yayılmasını “şayiə” və ” media yalanı” elan etdilər.
Ancaq Ərdəbil Mərkəzi Həbsxanasında Korona xəstəliyi yayılmasının xəbərinin təkzibindən bir neçə həftə sonra, Korona xəstəliyindən əziyyət çəkərək girov müqabilində sərbəst buraxılan 33 yaşlı Ərdəbilli vətəndaş “Kazım İbadi” Ərdəbilin İmam Xəstəxanasında tənəffüs çatışmazlığından vəfat etdi.
Həmçinin Abbas Lisaninin sərbəst buraxılması üçün 800 milyon Tümənlik girov qoyulmasından 13 gün keçməsinə baxmayaraq bu siyasi məhbus tibbi məzuniyyətə göndərilməyib.
Cənab Lisaninin yaxınları, Ərdəbil Prokuroru Abdullah Təbatəbayinin “qərarı qəbul edən orqanlara yazılı olaraq xəbərdarlıq etməmək” bəhanəsi ilə bu siyasi məhbusun müvəqqəti sərbəst buraxılması barədə əmr verməkdən imtina etdiyini söyləyirlər.
Ərdəbil Mərkəzi Həbsxanası Azərbaycanlı mədəni fəalların saxlanma mərkəzi və sünni Bəluç məhbusların sürgün yeri kimi tanınır. Son illərdə Ərdəbil Mərkəzi Həbsxanasındakı vəziyyətlə bağlı çoxlu insan hüquqları mediasında bu həbsxanadakı məhkumların hüquqlarının sistematik şəkildə pozulduğunu göstərən çox sayda hesabat yayımlandı.