8 Noyabr Azərbaycan Respublikasında “Zəfər günü” mübarək olsun !
Şanlı Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqların azad edilməsi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən 8 Noyabr Azərbaycan Respublikasında “Zəfər günü” kimi təsis olunmuşdur. Bu münasibətlə Bazardüzü zirvəsindən şərqdə yerləşən 4301m hündürlükdəki adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilməsi ilə bağlı lazımı icazələr alınıb və “Zəfər Azərbaycanındır !” adlı ekspedisiya təşkil edilib. Çətin qış şərtlərində həyata keçirilən ekspedisiya 10 gün davam edib. Azərbaycan Ordusunun, “Qartal Dağçılıq İdman Kulubu”nun və müstəqil alpinistlərin də daxil olduğu ekspedisiyada 13 nəfərlik komanda üzvləri 9 fevral 2021-ci il (saat 14:50) tarixində zirvəyə çıxıb və xüsusi hazırlanmış zirvə lövhəsini quraşdırıblar.
Azərbaycan Respublikası’nda İkinci Qarabağ müharibəsi’ndə qələbə şərəfinə qeyd edilən gün, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.
Tarixi
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik. Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı,28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir
2020-ci il noyabrın 20-də Ağdam,noyabrın 25-də Kəlbəcər,dekabrın 1-də Laçın rayonları azad edilmişdir.