8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Demokratik Birliyi – Birlikin Bəyannaməsi
8 Mart Beynəlxalq Qadınlar Günü yaxınlaşmaqdadır. 8 Mart cinslər arası ayrıseçkiliyiə qarşı müqavimətin və cəmiyyətdə bərabərlik üçün mübarizənin simvolik günüdür.
8 Mart eyni zamanda İrandakı və Azərbaycandakı türk qadınları üçün bərabərsizliyə qarşı dayanışma, öndər qadınlar və İrandakı Türk cəmiyyətinin məlumatlı təbəqələrinin ayrıseçkiliklərə qarşı səsləndiyi bir gündür. Azadlığa və qadınlara qarşı təziq və ayrıseçkiliyin yayılması Türk qadınının mübarizəsini və mücadiləsini son onilliklərdə dahada sıxlaşdırıbdır və bərabərlik uğrunda mübarizəni İslam Respublikasına qarşı qaçınılmaz edibdir.
İrandakı azadlıq uğrunda və xalqların bərabərlik tələbatı prosesində, xüsusən də ötən ilin noyabr hadisələrinə baxdıqda , qadınların bu etirazlarda misli görünməmiş iştirakına şahid oluruq. Bu həmdə azadlıq uğrunda mübarizə formasının dəyişdirilməsi və İran İslam rejiminə qarşı mübarizədə qadınların hər gün daha çox iştirak etməsinin bir göstəricisidir.
İndiki kontekstdə İranın ayrı-seçkiliyə qarşı və ayrı-seçkilik qanunları əleyhinə qadın bərabərliyi uğrunda mübarizədə mübarzənin formasının dəyişməsidə qaçınılmazdır. Mərkəz / Fars qadın hərəkəti və fars olmayan milli ərazilərdə qadınların hərəkəti, o cümlədən Türk qadın hərəkatında qadın tələblərinin başka qadınların mübarizəsinə yaxınlaşması və uyğunlaşdırılması İranda ayrı-seçkiliyə və qadın mübarizəsi hərəkatın yayılmasını sürətləndirəcəkdir.
Bildiyiniz kimi, Azərbaycan milli hökuməti ilk dəfə 1945-ci ildə təkcə Azərbaycanda və təkcə İranda deyil, bütün Yaxın Şərqdə qadınlara səs vermək və seçilmək hüququnu vermişdir. Lakin Azərbaycan milli hökuməti bir ildən çox yaşamadı və muxtar hökumətin qana basdırılmasından və məğlubiyyətindən sonra 8 mart dunya qadınlar günüdə məğlub oldu. Artıq 8 Martda Qadınlar Günü ölkədə qeyd olunmadı və sonralar bir dəfə daha 1979- cu ildə Şah rejiminin taxtdan salınması ilində bir daha təkrar təntənə ilə öndər qadınlar təşkilatları tərəfindən qeyd olundu . Ama inqilab və gətirdiyi azadlıqlar mürtəce güclər tərəfindən yenə ələ keçiridi və bu gün İran tarixindən yenidən silindi. Mollalar rejiminin möhkəmlənməsindən sonra qadınlar günü unuduldu və bunun əvəzinə İslam dinində mənsub olan qadınların doğum günü qadınlar günü elan edildi ki əslində qadınlara İslam ya şəriyyətin qanunları, hicab və kişiyə itaət və uşaq olaraq evlilik və s. buna bənzər bədbəxçiliklərdən başka qadınlara bir xeyri yoxudu.
İran rejimin son aylarda vəhşicəsinə repressiyalarına ya təziq əməliyyatına baxdıqda, əslində ötən ilin noyabr ayında geniş yayılmış xalq etirazları İslam Respublikasının kövrək vəziyyətdə olduğunu göstərdi. İçəridə təzyiqlərin artırılması və xaricdən iqtisadi sanksiyalar səbəbindən etirazların yayılması və rejimin həm daxildə, həm də xaricdə manevr etmək gücünü məhdudlaşdırması , insanların üsyan edib və kütləvi etirazların artmasına zəmin yaratmışdır.
Həm mərkəzdə, həm də ölkə daxilində qadın hərəkatı, bərabərlik uğrunda mübarizədə, cinsi ayrıseçkiliklərə qarşı mübarizədəç eləcədə hakim rejim barbarlığına qarşı durmalarda qadınların məlumatlılığının artırılmasında mühüm rol oynayır.
Azərbaycan Demokratik Birliyi – Berlik, qadınların zülm və bərabərsizliyə qarşı Azərbaycanda və İranın digər bölgələrində çiyin-çiyinə demokratik mübarizəsini müdafiə edir.
Yaşasın 8 Mart Beynəlxalq Qadınlar Günü
Yaşasın bütün İran xalqlarının qadınlarının birliyi
Azərbaycan Demokratik Birliyi – Birlik
5 Mart 2020