75 yaşlı mədəni fəal Pərviz Siyabi xəstəliyinə baxmayaraq həbsxanaya qaytarılıb
Ərdəbilli 75 yaşlı mədəni fəal “Pərviz Siyabi Gürcan” xəstə olmasına və həbsə dözə bilməməsinə baxmayaraq, 18 noyabr 2023-cü il şənbə günü Ərdəbil Mərkəzi Həbsxanasına qaytarıldı.
“İranwire”in əldə etdiyi xəbərə görə, Pərviz Siyabi Gürcanın tibbi məzuniyyətinin uzadılmamasından sonra Ərdəbilli bu mədəni fəal həbsinin qalan müddəti üçün 18 noyabr şənbə günü Ərdəbil zindanına qayıdıb. Cənab Siyabi fiziki vəziyyətinin pisləşməsi və xəstəliyinin ağırlaşması ilə əlaqədar 2022-ci ilin martında tibbi məzuniyyətə göndərilib. O, ötən gün elə bir halda həbsxanaya qayıtmaq məcburiyyətində qaldı ki, bir müddət öncə Ərdəbilin ədli tibb həkimi bu mədəni fəalın “yüksək qan təzyiqi, beyin damarlarının tutulması, karotid stenozu, eşitmə itkisi və prostat böyüməsi”ndən əziyyət çəkdiyini təsdiqlədi və həbsə dözə bilmədiyi qərar verdi.
Pərviz Siabi Gürcana Təbrizdə Xuzistan ərəb xalqına dəstək məqsədilə bu əyalətdə su gərginliyinə etiraz olaraq keçirilən küçə aksiyalarında saxlanılanlardan biridir. Mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində “Təbriz” şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.
24 İyul 2021-ci ildə Azərbaycanın mədəni fəalları və müxalifət partiyalarının çağırışlarının dərcindən sonra Təbriz küçə etirazlarının şahidi oldu. Nümayişlər zamanı və ondan əvvəlki və sonrakı günlərdə Təbriz, Ərdəbil, Urmiyə, Nəsimşəhr, Bostanabad və Yeni Sefidan (Spiran) şəhərlərində onlarla Türk mədəni fəalı həbs edilib. Təbriz mitinqindən sonrakı aylarda onlarla məhbus həbsə, şallaq və cərimələrə məhkum edilib.
گواهی عدم توانایی تحمل حبس پرویز سیابی