Azərbaycan İranda demokratiyanın arxasında ; Həsən Əfrazın Hamburq konfransındakı çıxışı
Salamlar və Sayğılar dəyərli izləyicilər :
Mənim adım Həsən , soyadım Əfraz , başı uca Azərbaycanın gözəl ölkəsinin bir igidi ، və əlbəttə Azərbaycan toplumunun bir milli-mədəni -siyasi aktivisti olaraq , ürəkdən sevinirəm bu yaranmış imkan ,deməli , Almaniyanın Hamburg limanındakı Universitetdə keçirilən konferansın əsasında , Siz dəyərli vətəndaşlarımla , İran adlanan ölkədə yaşayan millətlərin hüququnu ələ gətirmək haqqında bir neçə söz danışam .
Dəyərli fikirdaşlarım ,
Hörmətli soydaşlar ,
Və dərin düşüncəli dildaşlarım , yoldaşlarım :
Bu dediyim hüquqların dirilmək durumunun rolu ,deməli , siasi toseənin , iqtisadi inkişafın , və demokratiyanın yaranmasına aid danışıqlar , ən önəmli olduğdan , bu toplantıda ayrı yoldaşların , danışıqkonusu da olacaq .
Bildiyiniz kimi Azərbaycanın mədəni toplumunun aktivistlərinin öncə toplantısı yel günü , cumartesi, Mais ayın dördündə Almaniyanın başkəndi , Berlində , keçirildi .
İndiki toplantı , bu gün novambr ayının doqquzu toplantısı , Azərbaycanın rolu demokratiyaya əl tapmaq prossesində , nə mənə olduğunun sorusuna , cavab göstərməsinin davamıdır .
Bu danışıqlar həmən sıra danışıqların ikinci toplantısıdır . Ancaq 2025 ,1404 də üçüncü və dördüncü toplantılar həyata keçiriləcək .
Mən , Sizin bir vətəndaşınız olaraq , bütün dildaşlara xoş gəldin deyirəm .
Bir qısa ön söz burda deməliyəm .
Ondan sonra danışıqları dəvam edəcəyik .
O ön söz budur :
Biz bu çağ bilirik , İran adlanan ölkənin tarixində , buna bağlı kimsə hökümətdə olub , bu ölkənin adı
az-çox farklımış .
Bir örnək olaraq , bunu demək istəyirəm . məsəla :
Əfşar hökumət çağında , bu ölkə Əfşar məhrusə məmləkətləri adlanıb .
Bu ölkənin adı Səfəvilər çağında , Səfəvi məhrusə məmləkətlər olub .
Və sairə . Örnək çoxdur .
Qacar çağında ha belə .
Ancaq Pəhləvi’nin İngiltərə əli ilə və yardım ilə , olan çevrilişə qədər , məhrusə məmləkətləri , bu ölkənin adında özəl bir yeri varmış .
Rza xan məşrutə devrimin oğurlarkən , yanlış işlər yapıb .
Birinci Pəhləvi , öz adın , Palani’dən dəyişdirib Pəhləvi qoyandan sonra ,
O ayrı şeylərin və yerlərində adını dəyişməyə başlamışımış.
Bu sayaqda :
Ərəbistan olub Xuzistan ,
Əbadan ( əbadan bir ərəb sözcüyü dür ) olub Abad-An ,
Soyuq bulaq döndərilib olub Mah Abad ,
Sulduza qondarma ad veriblər , olub Nəqədə.
Urmunun adın dəyişiblər , qoyublar Rizaiyə .
Və sairə .Sözün düzünü belə deyək , bu örnəklərdın çoxdur .
1935 də məhrusə məmləkətlər adın aradan aparmaqdan ötrü , və İran adına rəsmiyət verməkdən ötrü , Rza xan çox çalışıb .
Rza xan sistemindən , deməli , onun dışişlər bakanlıqından , xarici işlər nazirliyindən bir yazı Almaniyaya göndərilib , onun öncə cümləsi belə başlanır :
“Vom Kaiserreich Persien zu Kaiserreich Deutschland…”
( persia imperiyasından Almaniya imperiyasına ….)
Rza xan , o yazıda Almaniyadan istəyir , İran adın rəsmiyətə tanısın .
Onlar Hitler Almaniyasına belə anlatmaq istəmişlər , bu ölkənin adı , İran yəni Ariyayi ölkəsi olsun !
Uzun sözün qısası :
Siz bilirsiniz İran( Eran ) və Ənİran’in ( AnEran ) anlamı bu deyil .
O çağ Hitler , iki ilidir gəlmişdi iş üstünə və çox dəyər verirdi Ariyayi olmağa .
Rza xan da İngiltere’nin yardımıyla təzə özün Şah adlandırıb , əlləşirdi Hitler’in Ariyayi yanlış düşüncəsini kopi eləsin .
Bu nə demək :
Hər çağ , məhrusə məmləkətlər adı , çeşidli millətlərin yaşamasını bu ölkədə daşıyıbdır ( Rza xana qədər daşıyıbdır ).
Rza xandan bəri bir faşisti projə başlanıb .
Bildiyiniz kimi , “bir millət – bir dövlət – bir dil” ( yalnız bir dil !) bir faşisti projə olaraq , bu günkü gün 53 il pəhləvi və 46 il Xomeyni-Xamneyi xələfətindən sonra , heç etibar elə gətirməmədən , öz legitimliyini , öz məşruiyətini əldən verib .
Odur ki : İranda etnik qrupların demokratiya qurulmasında önəmli rolu , bir neçə əsas səbəblə bağlıdır:
Onun birincisi , Çoxmillətli Cəmiyyət və Təmsilçilik dir .
İran , çoxmillətli bir ölkədir və burada farslardan başqa Türklər ( Qaşqailər , Türkmənlər , Azərbaycanlılar , ….) Kürdlər, Ərəblər, Bəluclar və başqa etnik qruplar yaşayır.
Bu etnik müxtəliflik, müxtəlif mədəniyyətlərin, dillərin ,və adət ənənələrin qorunub saxlanılması ilə yanaşı ,ölkə siyasətinə geniş təmsilçilik tələbi yaradıb və yaradır.
Əgər demokratiya qurulması məqsədi varsa, bütün bu etnik qrupların bərabər hüquqlarını qorumaq, onların siyasi və mədəni hüquqlarını təmin etmək ، lazim və böyük bir gərək dir .
Buda toplumun siyasi sabitliyə və inkişafına səbəb ola bilər.
İkinci nöqtə , Azadlıq və Hüquqların Tələbi dir .
İranın mərkəzi hakimiyyətinin müəyyən dərəcədə fars kimliyi üzərində qurulmuş olması, ayrı etnik qrupların öz mədəniyyət və dillərini ifadə etməsində məhdudiyyətlər yaradıb və yaradır.
Buda o deməkdir ki, ayrı etnik qruplar daha çox azadlıq , özgürlük ,
özünü idarə ,
və hüquqlarını tələb edirlər .
Demokratiya qurulduğu təqdirdə bu tələblər qanuni şəkildə qarşılanacaq və ondan əlavə , ölkənin bütöv harmoniyası üçün zəruridir.
Bunlar indidən bir önəmli gərək dir .
Üçüncü faktor :
Federalizm və Yerli İdarəçilik dir .
Bnun anlamı bələ dir :
Demokratik quruluşlar adətən federalizm prinsipləri üzərində qurulursa , hər bir etnik qrupun öz idarəetmə hüquqlarına malik olduğu sistemlər , yarana bilər.
İran kimi geniş ərazilərə və çeşitli etniklər və millətlər sahib ölkələrdə , federalizm , və ya yerli idarəçilik sistemləri daha səmərəli idarəetmə yarada bilər və etnik qrupların mərkəzi hökumətlə daha yaxşı əməkdaşlıq etməsinə , şərait yarana bilər .
Dördüncü səbəb budur :
Etnik Gərginliklərin Azaltılması ,
Və onla parallel :
Uluslararası ( beynəlxalq ) birgəyaşayışın Çoxaltılması nəcür mümkün ola bilər ?
Bu soruya cavab göstərmək önəmli ola bilər .
O nəcür bir azaltılmaq dır , onu mən burada Siz dəyərli dinləyicilərə göstərmək istiyərəm :
Etnik qrupların hüquqları tanınmadığı zaman , bu hüquqların tanınmaması , gərginliyə və hətta bəzən qarşıdurmalara səbəb ola bilər və səbəb olub. Biz indiki çağ belə bir durumdayıq.
İranda Türk , Bəluc , Ərəb və sairə icmalarının hüquq və azadlıqları məhdudlaşdırıldıqca, onların dövlətə qarşı razıolmamaqlıqları artmaqdadır.
Bu vəziyyət demokratik sistemlərdə bərabər hüquqların tanınması və təmsilçilik vasitəsilə azaltıla bilər.
Buda ölkənin daxili sabitliyinə ən pozitiv təsir göstərər.
Beşinci səbəbi mən bir soru formasında göstərməliyəm :
Siyasi Ədalət və Vətəndaşlıq Birliyi nədir ?
Biz bu sorunu özümüzdən soruşmalıyıq .
Bir bucaqlıqdan baxanda :
Demokratik sistemlərdə vətəndaşlıq anlayışı millətçilikdən daha çox əhəmiyyət kəsb edir . Bu yanlız bir baxış dır .
Buda o deməkdir ki, bütün etnik qrupların özünü İran adlanan ölkəsinin vətəndaşı kimi hiss etməsi üçün , onların hüquqları tanınmalı və qorunmalıdır.
Bu hüquqları ələ gətirib , onları qorumaq gərəkir . Indidən gərəkir.
Bu, İran vətəndaşlarının hər birinin özünü bərabər hiss etdiyi və ölkənin demokratik gələcəyinə töhfə verdiyi bir pozitiv mühit yarada bilər.
Altıncı səbəb , regional Sabitlik və Beynəlxalq ( uluslararası ) Məsuliyyət dir .
İranın demokratikləşməsi, bölgədə etnik gərginliklərin azalmasına və beynəlxalq münasibətlərdə daha müsbət imic qazanmasına səbəb ola bilər.
Bu isə yalnız fars və ya dominant qrup üzərində deyil, bütün etniklərin , milliyətlərin , millətlərin səsini tanıyan demokratik proseslə mümkündür.
Bu səbəblərdən dolayı, İran adlanan ölkədə etnik qruplar demokratiya qurulmasında çox önəmlidir, çünki onlar olmadan , ölkədə sabit və bərabər hüquqlu bir sistemin qurulması çətin , və istəsək sözün düzünü burda deyək , imkansız dır .
Mənim son sözüm budur :
Türk milləti , yüz il bu ölkədə hökumət quraraq , öz dilin və kimliyin qorumalıdır .
Odur İran adlanan ölkdə demokratikləşmək Azərbaycansız imkansızdır .
Çağdaş tarixi olaylarda , Azərbaycan hər çağ bir açar rolu olub və olacaq.
Mənim sözüm bitdi .Başı uca bir millətsiniz .Sağ olun məni dinlədiniz .
Yaşasın uluslararası anlayış .Yaşasın başı uca Türk milləti .Yaşasın gözəl Anadilimiz .
Mənə ayırdığınız zaman sona çatdı ,
və mənimdə sözüm burda bitdi .
Yaşasın sevimli Azərbaycan !
Sözün sonu
Çıxışın instagramda videosu :