İran qadınlarının baş örtüyünə etirazları
Sosial şəbəkələrdə İranda keçən ilin sonu və bu ilin əvvəli keçirilmiş etiraz aksiyalarının simvolu olaraq baş örtüyünü çıxarmış qadının görüntülərinə bu günlər tez-tez rast gəlmək mümkündür. Müşahidəçilər son etiraz aksiyalarında qadınların fəallığını qeyd edir. ABŞ-da yaşayan güneyli qadın hüquqları müdafiəçisi Sevil Süleymani İranda qadınların etiraz aksiyalarında iştirakı və azərbaycanlı qadınların problemlərindən danışıb. Kaliforniyanın San Diyeqo universitetində qadın hüquqları üzrə magistr dərəcəsi almış Sevil Süleymani İranda feminizm hərəkatı və Azərbaycanlı qadınların durumu kimi məsələləri tədqiq edir.
Sevil Süleymaninin sözlərinə görə, İranda qadınların etirazları sadəcə baş örtüyünə deyil, seçim hüququndan məhrum olmalarına qarşıdır.“Bunlar seçim haqqının tərəfində duran qadınlardır. Bunlar zorakı seçimə qarşı gedən qadınlardır.”Sevil Süleymani deyib ki, tarixə nəzər saldıqda, qadınlar demək olar bütün dövrlərdə özlərinin baş örtüyü ilə bağlı seçim etmək hüququna malik olmayıb.
“Rza şah modernləşmə gətirmək istəyirdi. Modern olmaq üçün qadınların zorla örpəyihni açdırırdı, çadrasını götürürdü. Bu hökumət isə zorla bağladırdı. Bu arada heç kəs qadından soruşmur ki, `sən bu örpəyi saxlamaq istəyirsən, yoxsa açmaq istəyirsən?`”
Sevil Süleymani qadınların baş örtüyünün sivvola çevrilməsinin səbəbini izah edir.Bu arada heç kəs qadından soruşmur ki, `sən bu örpəyi saxlamaq istəyirsən, yoxsa açmaq istəyirsən?
“İranda qadınlar 7 yaşından hicab taxmağa başlayır. Məktəbə getməyə başlayandan bu hicabı sənə örtürlər. Yəni seçmirsən. Hələ o yaşında deyilsən ki, bunu seçmək qabiliyyətində olasan. Başqa haqlara sahib olmadan qabaq, başqa haqların tapdalanmadıqdan qabaq hicab başlayır. Hicab simvolik olaraq İranda sənə zorla nəzarətin simvoludur. Ona görə də bu qadınların öz haqlarının taplanmasına qarşı çıxmasıdır. Çox simvolik bir hərəkatdır. Çox adamlar etiraz edir ki, niyə hicaba belə önəm verirlər. Bu, bir parça çadra deyil. O sadəcə sənin haqların tapdalandığı üçün İranda qadına qarşı ilk təcrübə etdiyin ayrı-seçkilikdir.”
Sevil Süleymani son illər İranda qadınların sosial həyatda daha fəal olduğu, daha çox qadının təhsil aldığını, qadınların işləməyə başladığını qeyd edib. Onun bildirdiyi kimi, bütün bunlara görə qadınların sosial etirazlarını bir gün bildirməsi gözlənilən hal kimi qiymətləndirilməlidir.
Azərbaycanlı qadınların sosial etirazlarda iştirakından danışan Sevil Süleymani İran Azərbaycanı bölgələrində basqıları və regiondan mühacirəti qeyd edib.
Bu, bir parça çadra deyil. O sadəcə sənin haqların tapdalandığı üçün İranda qadına qarşı ilk təcrübə etdiyin ayrı-seçkilikdir.
“Etirazlarda maraqlıdır, televiziyada türklərin təhqir edilməsinə qarşı çıxanda fotolara baxanda mən Urmiyədə hərəkatın başında gedən 4-5 qadın idi. Əllərində plakatlar tutmuşdular “türklərə qarşı irqçiliyə son” (“Stop racism against türks”). Bunlar qadınlar idilər ki, plakatlar əllərində gedirdilər. Bəs bunları biz qadın hərəkatı kimi görmürük?”
Sevil Süleymani deyib ki, azərbaycanlı qadınlar məhbəsdə olan qohumlarının haqlarını tələb etməklə, mediaya basqılarla bağlı məlumat verməklə ictimai həyatda fəal olduqlarını göstərir.