3,5 milyon barel İran nefti Suriyaya köçürülməkdədir
Beynəlxalq sularda tankerlərin hərəkətini izləməkdə ixtisaslaşan “TankerTrackers” şirkətinin veb saytı, bir İran tankerinin Suriyaya doğru getdiyini bildirdi.
Məlumata görə, bu, İranın Süveyş kanalının açılmasından sonra Suriyaya beşinci neft göndərməsidir.
Sayt ayrıca Twitter-də 1,5 milyon barel İran xam neftinin bu həftənin sonuna qədər Suriyanın Tartus əyalətindəki Banias limanına daxil olacağını yazdı.
6 Aprel 2021-ci il tarixində TankerTrackers Şirkətinin veb saytında, bu su yolu yenidən açıldıqdan sonra Süveyş kanalından 3,5 milyon barel neft daşıyan dörd İran gəmisinin keçidi də müşahidə edildi.
Suriyanın Neft və Mineraller Nazirliyi, Süveyş kanalının mühasirəyə alınmasının ölkənin neft idxalına təsir etdiyini və neftin qəbulunu və neft məhsullarının paylanmasını təxirə saldığını açıqladı.
Bu dörd tankerin Suriyaya gəlməsinə baxmayaraq, bu ölkədəki yanacaq böhranı davam edir.
Suriyada yanacaq paylanmasının artması
Bir neçə gün öncə Suriyanın Neft və Mineral Nazirliyi avtomobillər üçün benzin paylamsını beş litrə artırdı.
Suriyanın rəsmi xəbər agentliyi “Sana” nın verdiyi məlumata görə, bu benzin payı 20 litrdən 25 litrə qədər artmışdır.
İsa Yanacaq Dağıtım Şirkətinin direktoru 20 Aprel tarixində benzin payının öncəki səviyyəyə yəni 40 litrə qayıtmasının müntəzəm neft idxalatının davam etməsinə və mövcud hasilatın iki dəfə artırılmasına bağlı olduğunu açıqladı.
Suriya hökuməti bu yaxınlarda həftəlik yanacaq payını 40 litrdən 20 litrə endirdi və elan etdi: “Bu, neft idxalındakı gecikmələrə görə müvəqqəti bir qərardır.”
Ağıllı kart sxeminin tətbiq edilməsindən öncə hər Suriya vətəndaşı avtomobili üçün həftədə 40 litr və ya 100 litr almaq hüququ qazanmışdı.
Suriyanın Neft Nazirliyi də Banias Refinerinin yenidən aktivləşdirilməsinin ölkənin neft məhsullarının istehsalı və paylanmasını artıracağını açıqladı.
Refinerinin rəhbərlərinin dediklərinə görə, işçilərin Korona böhranı və s. Səbəbindən azalmış iş saatları və günləri artırılacaqdır.
Suriyanın rəsmi Əl-Baath qəzeti də idxal olunan xam neftin iki ay ərzində daxili bazarın benzin, mazut, qaz və s ehtiyaclarını qarşılayacağını və neft tankerlərinin Suriyaya girişinə davam etməsinin gözlənildiyini bildirdi. Qəzet daha sonra məlumatlı bir mənbəyə istinadən, benzininin smart kart və elektron poçt vasitəsi ilə paylanması prosesinin də pozula biləcəyini bildirdi.
Suriya rejimi yanacaq böhranı ilə məşğul olmaq üçün İranın neft yardımına çox güvənir. ABŞ-ın iki ölkəyə tətbiq etdiyi sanksiyalar yanacaq böhranına, ardından elektrik enerjisi kəsintilərinə və benzinin səhmiyə ilə verilməsinə səbəb oldu. Suriya artıq bir neçə ildir ki, ara sıra yanacaq böhranı ilə mübarizə aparır.
İran tankerləri silah da daşıyırlar?
Bir neçə gün öncə ABŞ Xarici Əlaqələr Şurası bir İsrail mənbəyinə istinadən verdiyi bir hesabatda İran tankerlərinin xam neftə əlavə silahları və PGM dəqiq idarəolunan raketlərini də özləri ilə apardıqlarını söylədi.
Məruzədə ayrıca deyilir: “İran quru yolunun çətinliyi və İsrailin hava zərbələri səbəbindən Suriyaya silah ötürmək üçün dənizdən istifadə edir. İran silahlarını daşıyan gəmilər Rusiya hərbi gəmiləri tərəfindən qorunur və Suriyaya yola düşür. Suriyadan əlavə bu silahlar Livandakı Hizbullah-a köçürülür. Bu səbəbdən İsrailin İran gəmilərinə hücum ehtimalı var. Rusiyanın Suriyaya neft köçürməsində İrana verdiyi yardım yeni deyil, amma Rusiyanın Hizbullah-a silah köçürməsində İrana niyə kömək etdiyi aydın deyil.”
Bununla əlaqədar olaraq, Suriya rejimi 24 Aprel tarixində bir gəminin Banias sahilləri yaxınlığında bir pilotsuz təyyarəni hədəf aldığını və alov aldığını elan etdi. Hücum, İran, Rusiya və Suriya rejimi arasında neft idxalına dəstək olmaq üzrə ortaq görüşdən bir neçə gün sonra baş verdi.
SANA xəbər agentliyinin verdiyi məlumata görə, pilotsuz təyyarə Livanın iqlim sularından gəldi və Tartus əyalətinin Banias sahillərində lövbər salmış neft tanklarından birinə hücum etdi.
TankerTrackers veb saytına görə, zədələnmiş gəmi İranın deyil bəlkə Beyrutda “WISDOM” adı altında qeydiyyata alınıb. Bu tanker İran tankeri “Arman-114” ə hər dəfə 300 – 350 barel neft boşaltmağa kömək edirdi.
iranwire