24 saatdan az müddətdə Tehran neft emalı zavodunda baş verən ikinci partlayış
Tehran neft emalı zavodunun ictimaiyyətlə əlaqələr meneceri Cümə axşamı səhər saatlarında eşidilən partlayışın səsinin istilərə görə tankların deformasiyası üzündən olduğunu söylədi. Çərşənbə axşamı, Tehran neft emalı zavodunun neft emalı tanklarından birində sızma olduğu üçün böyük bir yanğın baş vermişdi.
İrnanın bilgilərinə görə, 3 İyun 1400-cü il Cümə axşamı günü, Tehran neft emal zavodunun ictimaiyyətlə əlaqələr üzrə meneceri Şakir Xəfayi, zavodun tankları ilə əlaqəli çərşənbə axşamı çıxan atəşin söndürüldüyünü, ancaq söndürmənin tamamilə gərçəkləşməsinin tankın içərisində yanan neft məhsulunun tükənməsindən asılı olduğunu bildirdi.
O yanğının digər tanklara keçməməsi üçün atəşin qarşısının alındığını və tankın içindəki qalan maddələrin yüzdə beşi yanarsa, yanğının cümə axşamı gününə qədər tamamilə bitəcəyini söylədi.
O yanğından qalın tüstünün artmasını da izah etdi: “Tnkın dibi, çünki daha ağır neft məhsullarına sahibdir, daha qalın tüstülənir və yanıb bitməsini idarə etməliyik.”
Tehran Neft Emalı Şirkəti, ölkənin gündəlik enerjinin təxminən 17-20 faizini istehsal edir. Bu neft emal zavodu 1969-cu ildə qurulmuşdur.
iranwire