21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günüdür
21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
YUNESKO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var. Sizcə, dünyada ən çox danışılan dil hansıdır? Bir çoxunuz bu sualın cavabının “inglis dili” olacağını deyəcəksiniz. Amma əslində belə deyil.
Gələn əsrədək dünya dillərinin bəzilərinin itib-batacağı gözlənilir. Çünki onlardan təhsil sistemi dili kimi istifadə olunmur. Bir dilin yaşaması üçün isə həmin dildə ən azı 100 min insan təhsil almalə və ya ən azı danışmalıdır. Bu gün dünyada 200-ə yaxın dil var ki, onların hər birində cəmi 10 adam danışır. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Beynəlxalq ekspertlərin araşdırmaları göstərib ki, yox olmaq təhlükəsilə üzləşən dillər əsasən, milli azlıqların dilləridir.
İranda Mehr ayının 1-ində, milyonlarla uşaq ana dilində yox bəlkə Fars dilində məktəbə başlamaq məcburiyyətində olacaq. Güya “İki dilli” uşaqlar ( siz Türk, Kürd, Ərəb, Bəluç, Lor, …uşaqlar oxuyun), ki İran rejimin tərəfindən dəfələrlə təyid olubdur ki azı məktəblilərin 70% -ni təşkil edirlər, təəsuflə öz mental və təbii təhsil və bəslənmə prosesini təbii şəkildə yanı öz ana dillərində davam edə bilmə haqqına malik deyillər.
İndi sual budur ki görəsən ana dili təhsili və uşaqların təbii inkişaf prosesi imkanı nə zaman türk, kürd, ərəb, bəluç, Lor, … uşaqlarına da veriləcək? Görəsən onlar nə zamana qədər bütün məktəbdən öncə ki devrdə olan həyatlarında topanan sözcuk və anlamları ki ana dili kodlarında yığılmışdır məktəbdə girdikdə məktəb darvazasının arxasında qoymayıb və hətta tədricən unudmağına məhkum olmayıb, bəlkə ğürürla özlərilə zəngin xəzinə kimi dərs başına və təhsil ocaqlarına apara biləcəklər ? və nə vaxta qədər onlar Fars rəqibləri və ya daha doğrüsu Fars olan sinif yoldaşları ilə haqsız bir rəqabətə girərək məktəbə başlamalıdırlar?
Uşaq psixologiyasından və onun müvəffəqiyyətli təhsil təcrübələri ilə təhsil sistemində birləşdirilməsinin zəruriliyindən xəbərsiz olan səlahiyyətsiz İran təhsil sistemi başçıları, eyni zamanda BMT üzv dövlətlərinin riayət etmələrini tələb olunan təməl insan haqlarına hörmət etmək vəzifəsindən güya xəbərsiz vəzifə sahibləri, nəhayət bu il fars olmayan uşaqların məktəblərdə ciddi problemlər yaşamasına etiraf ediblər və bunun həlli üçün öz geri qalmış və köhnə baxış açılarından yollar axtarmışlardır. Bu axtarış nəticəsində uşaqlara cansız əşya kimi və hərbi əskərlər kimi utanc verici baxışla”Fars dilinin yetərliliyi testi” adında bir layihə ortaya atıblar ki, onun pisliyi hətta müxtəlif parlamentlərdə və əyalətlərdə sistemin bəzi məmurlarının səslərini belə çıxartmışdır. Bu axtarışın nəticəsi əlil və geriləyən zehniyyət dolu proqramların dizaynerlərinin layihəsi “İbtidai məktəbdə Fars dilini uşaqların zehninə yeritməkdə gec qalırıqsa , o halda bizdə uşaq bağçasına girməmişdən də illər əvvəl bu əməliyyata başlayacayıq!” saldırqan teorisi və təklifi olubdur. Başqa sözlə, ailələrinin və qohumlarının qucağında ağıllarını inkişaf etdirən, xarici dünya və daxili ya mental duyğuları ilə tanış olan və bunu öz ana dilində inkişaf etdirən uşaqların bu təbii prosesini 4 yaşından dayandırıb və uşağın “valideynlər ilə bağlantı qurmaq və əmnyyətli uşaqlıq mühitini qurmaq” nəzəriyyəsinə kəskin zidd olaraq onları xarici dil və ədəbiyyat ilə yad adamlarla vaxt keçirməyə məcbur edəcəklər. Bu Fabrikin məhsulu ailəsinə, ata və anasına və keçmişinə möhkəm bağlı olmayan höviyyət böhranında çabalayan bir şəxsiyyət olacaqdır.
Maraqlıdır ki, miqrasiya zamanı “kimlik böhranı” ndan əziyyət çəkən və bəzən peşə və akademik uğurlarına baxmayaraq insankimi inkişaf edə bilməz duruma düşən şəxslər, əslində qaçqın ya mühacir olmaqın və yad mühitə yad dilin vasitəsilə qismən başka mədəniyyətə iyələnib ama ömür boyu kimlik böhranında əziyyət çəkmək, Mühacirətin bir ciddi mənfi nəticələrindən dir. Bu problemlər çağımızda uşaq psixologiyasının ayrıca bir qoluna çevrilən “Miqrasiya və Uşaq Psixologiyası” mövzusunda bir özünə məxsus araşdırma sahəsi olan bir qonudur.
Fars olmayan digər millətlər yəni Türklər, Kürdlər, Ərəblər, Bəluclar, Lorlar… İranda mühacir yox bəlkə öz Fars vətəndaşları ya həmvətənləri ilə bərabər hüquqlara sahib olmalıdırlar. Biz çoxdilli təhsil sistemini YUNESKO-nun bu problemlərdən yeganə çıxış yolu hesab etdiyi çox millətli ölkələr üçün ən uyğun olan çıxış yolu hesab edirik.
Azərbaycan Demokratik Birliyi – Birlik olaraq, 21 fevral beynalxalq ana dili gününü bütün ana dilindən məhrum olan xalqlara təbrik deyib onların ana dillərində təsil alamaq haqlarını əldə etmək uğrunda mübarizələrini bir daha dəstəliyirik. İrandakı təkdilli və totalitar təhsil sistemini bir daha qınayırıq və “Fars Dili Qabiliyyətinin ya Yetərliliyinin Testi” kimi orta əsrlərə aid proqramların ləğv edilməsini və beləliklə Fars olmayan 70% məktəbli uşaqların ruhunun, zehniyyətinin və təbii inkişaf prosesinin açıq şəkildə pozulmasınasəbəb olan belə düzənlərin yığışılmasını tələb edirik.
Azərbaycan Demokratik Birliyi – Birlik
17 fevral 2020