21 Azər hərəkatı və Azərbaycan milli hükümətinin quruluşunun 74 ci il dönümü münasibəti ilə Azərbaycan demokrtik Birliyi
21 Azər hərəkatı və Azərbaycan milli hükümətinin quruluşunun 74 ci il dönümü münasibəti ilə Azərbaycan demokrtik Birliyi
.Birlikin bəyannaməsi Qısa tarixi baxış İkinci Dünya Müharibəsindən sonrakı illərdə Azərbaycan üçün ən vacib hadisə : 21 Azərbaycan hərəkatı və milli hükümətin quruluşu . Bu 1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Güney Azərbaycanda Böyük Milli Demokratik hərəkət və mahəvi dəyişim demək idi. Bu hərəkətin əsas məqsədi Azərbaycan əyalətində yaşayan Türk millətinin öz müqəddəratını təyin etmə haqqı verərək məhəlli ya lokal məclisvə şuralar yolu ilə bir başa mərkəzi hükümətin burada tam təsəllütü və Tehran hakimiyytini bölgədə ixtiyarlarının məhdudlaşdırarak , Türk xalqın haqı kimi təməl haqlar olan sosial ədalətsizliyə qarşı mübarizə və ana dilində təhsil alın ana mədəniyyəti ya kulturundə boya başa çatmaq imkanı əldə edərək əski mənəvi mirasımız dine və ədalət içində burada işlənib, saxlanıb və çiçəklənib yayılmasına gətirib çıxarmaq dan ibarət iki. Məhz Ona görə də sadəcə bir il hükümətin davam edə bildiyi qısa müddətdə bu hükümət 18 il Rıza şahın görə bilmədiy abaanlıq işləri və azadlıq qanunları və innan haqları həyata keçdi . Xüsusi ilə elə bena görədə Azərbaycan Demokrat Firqəsi qurulmasının ilk aylarında əhəmiyyətli populyar dəstək aldı. Bu eyni zamanda kəndlilərin böyük xanlar və mülkədarlar sahiblərinin, eləcədə jandarmalarının zülmkarları tərəfindən istismar edildiyi bir vaxtda meydana gəldi və şəhər ziyalı cəmiyyətidə Reza şah tərəfindən siyasi repressiya və etnik ayrıseçkilikdən olduqca əziyyət çəkdi. Əmin amanlıq və təminatın acınacaqlı durumda olması, geniş yayılmış işsizlik, ictimai təminatın olmaması, hətta bir çox bölgələrdə aclıq və yoluxucu xəstəliklərin yayılması Firqənin demokratik islahat proqramları ilə yanaşı, bir çox Türk və başka Azərbaycanlının muxtar idarəçiliyə dəstəyini cəlb etdi. Təbrizdə birinci universitetin yaradılması, şəhər və kəndlərdə məktəblərin yaradılması, qadınlara səsvermə hüququnun verilməsi və kişi və qadınların bərabərliyi elan edilməsi, işçilərin lehinə yeni qanunlar, o cümlədən 8 saatlıq iş qanunu, kəndlilərin xeyrinə torpaq islahatı, mədəniyyət mərkəzləri o cumlədən Təbriz Flarmoniyasının tikilməsi, su təchizatı və təhlükəsiz içməli su təchizatı çəkilməsini saymaq olar. Azərbaycan məktəblərində ana dili yanı Azərbaycan bğlgəsinində dili olan Türk dilində təhsili qanunu yerin tapdı və Təbrizdə ilk dəfə oğlan və qızlar bərabər olaraq məktəb , Mədrəsə və universitetə getdilər. 1946-cı ilin martına qədər xarici ordular İranı tərk etməli oldu, lakin Rusiya öz ordusunu İrandan çıxartmadı. 1945-ci ilin oktyabrında Azərbaycan Demokratik Firqəsi yarandı və onun başında Mir Cəfər Pişəvəri idi. 1945-ci ilin noyabrında Xalq Məclisi üçün seçkilər keçirildi və Hacı Mirze Şebüsteri Xalq Məclisinin sədri seçildi. 1945-ci ilin dekabrında Seyit Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti yaradıldı və Azərbaycanın qubernatorluğu elan edildi. Bu hökumətin qurulmasında məqsəd muxtar olmaqidi və Firqə hər Bir paiform və yayımlarında İranın ərazi bütülüyünü dəstəklədiyini vürğüladı. 1946-cı ilin yanvarında Milli Hökumət Cənubi Azərbaycanda Azərbaycanın dili olan Türk dilini Dövlət dili elan etdi. 1946-cı ilin fevral ayında əkinçilik qanunu qəbul edildi, yəni torpaqlar heç bir gözləmədən kəndlilərə paylandı. 1946-cı ilin yanvarında İran ya Tehran hüküməti BMT-yə müraciət etdi və Rusiyanı iş içlərində müdaxilə edib və Azərbaycan hərəkətindən müdafiə etməyini şikayət edi. BMT-nin qərarı bu idi ki, Rusiya və İran bu problemi öz aralarında sülh yolu ilə həll etsinlər. O dövrdə İranın şimalında 33 milyon barel neft var idi və İran strateji əhəmiyyətli pambıq yetişdirirdi. 1946-cı ilin fevralında İranda yeni baş nazir Əhməd Kavan hakimiyyətə gəldi. Hakimiyyətə gəldikdən dərhal sonra Moskvaya getdi və Stalinlə görüşdü. Bu dövrdə Sovet İttifaqı İrandakı qoşunlarını çıxarmadı, ancaq 1946-cı ilin martında Sovetlər hərbi qüvvələrə İrandan bir neçə şəhərdən hərbi qüvvələrin çıxarılmasını əmr etdi, ancaq bəzi hərbi qüvvələr bəzi müqavilələrə görə orada qaldı. Bu zaman İran hökuməti Amerika prezidenti Trumandan kömək istədi. 1945-1949 Nüvə Diplomatiyası dövrü idi. Bu nüvə silahı ilə Yaponiya ağır zərbə aldı. Almaniyada dünyanın nüvə silahı var idi. Seyit Cəfər Pisheveri bilirdi ki, Rusiya ordusu ayrılsa, İran ordusu hücum edər və bütün muxtarı ləğv edər. 1946-cı ildə Rusiya ordusu İrandan çəkilməyə başladı. 4 aprel 1946-cı ildə Rusiya-İran müqaviləsi bağlandı, bu şərtlə Rusiya və İran ortaq bir neft cəmiyyəti qurmalı və bölgədə birlikdə neft hasil etməlidirlər. 1946-cı ilin iyununda İran Cənubi Azərbaycan hökumətini yayındırmaq üçün 13 maddəlik müqavilə imzaladı. Bu konvensiyaya görə Güney Azərbaycanın müstəqilliyi əlindən alındı və Azərbaycanın muxtariyyəti məhdudlaşdırıldı. İranın özündə güclü hərbi qüvvələr yox idi, buna görə ABŞ İrana 40 təyyarə, 55 tank və çoxlu silah verdi. 1946-cı ilin noyabrında İran radiosu, seçkilərə nəzarət etmək üçün jandarma qüvvələrinin ölkəyə göndəriləcəyini bildirdi, lakin Güney Azərbaycan buna etiraz etdi. 4 dekabr 1946-cı ildə İran ordusu qüvvələri seçkilərə nəzarət bəhanəsi ilə Güney Azərbaycana daxil oldu. Pişəvəri Rusiyadan kömək istədi, lakin Rusiya kömək etməkdən imtina etdi. Dekabrın 12 sində Tehran ordusu Azərbaycana hücüm edib , 14-də İran ordusu Təbrizdə nəzarəti təmin etdi və dekabrın 20-də İran qüvvələri bütün Güney Azərbaycana işğalı başa çatdırdı və 21 Azərbaycan əməliyyatı qan içində boğuldu. Bir cox məlümata görə 11 ya 12 min nəfər insan bu işğalda həyatlarını itirdilər və Azərbaycan Demokrat Firqəsi və Send Cəfər Pişəvəri Sovet ittifaqına kğş etui və orda neçə ay keçmədən naməlum aftomobim hadisəsində qətlə yetirildi. Bü gün siasi durum və 21 Azər mirasçıları Bir çoxları 21 zər hərəkatının və onun ardından Azərbaycan milli hükümətinin qurulmasının onun eyni tarixdə yanı 21 Azər də baş verməsini ortaya çəkib soal edirlər ki bu gün Türk mədəni milli faallar görəsən bü günün təsis tarixi qyd edib şənliklə yad edirlər ya onun bastırılmasın vı boğulmasını yad etməlilər? cava sadədir: 21 Azər qana boğulub bastırılsaydı indi 74 il hadisənin üstündən keçdikdən sonra dunyanın 4 Bir yanında bu şanlı ilin anısı təm təraqla anılmazdı. Hər bir Türk evladının olsun xaricdə olsun daxildə bu gün yaxınlaşarkən onun naminə şeir , xatirə , video və təşkilatların rəsmi bəyannamə yayması 21 Azərin basdırıla bilmədiyindən xəbər verir. 74 il başdan keçən 21 Azərdə sonar bu gün İranda Riza şahın qəddar hakimiyyətindən qat qat daha yırtıcı və dinçi-miltər gücə dayanan hakimiyyətdə və ən son keçən ay nə inki təkcə Azərbaycan hətta bütün İran vətəndaşlarının bahalığa qarşı dinc nümayişlərini bir başa atəş açıb öz vətəndaşlarına “Quldurlar və Dağıdıcılar” adlandırıb azı 140 vətəndaşı içində 12 və 13 yaşlarda geni yetmələr daxil qətl edib azı 5 min nümayişçini tütüqladılar. İndi Təkcə o devrdə olduğu kimi təkcə aclıq və yoxsulluq və kimlik taptalanması yox bəlkə birdə dini zorakılıq və Şiə zorbalığı colan verməkdədir və insanlar “dinsiz və allaha qarşı ” adlarla da qətlə yetirib “kafər” adı ilə edam olurlar. İranda indi her bir xarici qoşun və qüvvə o zaman olduğu kimi yoxdur və İranda xalq hərəkəti heç Bir saman və bu gündə güya xaricdən idarə olur iddeası altında qələmə verilə bilməz. Necə ki o zaman da var olan hərəkətə bir xarici quvvə ancaq dəstək olub yardım edə bilərdi, yoxsa hakimiyyətindən razı, qarnı tox və sosial əmiyyəti və ictimayi ədaləti olan xalqı heç bir xarici quvvə miliyardlar pul və həzinə ilə küçələrə çəkə bilməz . Çəksədə xalq arxasında olmasa heç bir iş görə bilməz. Bir Birlik olaraq 21 Azərin xalqımızın tarixinin ən şanlı hadisəsi sanıb bu yolda canlarını qoyan igidlərimizi, həm bir illik hükümətin qana boğmasında və həm onun bu 74 ildə davamçıları olanların xatirəsini dərin sayqı və hörmətlə rad edirik . Var olsun Bütün İranda xalqın ədalətə doğru vürüşü Yaşasın Azərbaycan və Türk milləti Azærbaycan Demokratik Birliyi – Birlik 7 dekar 2019