2021-ci ildə Urmiyə gölünün son vəziyyəti və Ruhani hökumətinin gölün quruma prosesindəki rolu
Son həftələrdə Urmiyə gölünün su hövzəsi bəndlərinin bağlanması və Enerji Nazirliyi tərəfindən bu gölun su payının verilməməsi barədə çoxsaylı xəbərlər dərc edildikdən sonra, dəlillər Urmiyə gölündəki böhranın getdikcə daha da şiddətləndiyini və hökumətin İrandakı bu milli varlığın qurumasına məhəl qoymadığını göstərir.
Son günlərdə mütəxəssislərin, ətraf mühit fəallarının və sosial şəbəkə istifadəçilərinin etirazlarına əlavə olaraq, Urmiyə Gölünün Bərpası Mərkəzinin rəhbəri və üzvləri, media ilə ayrı-ayrı söhbətlərdə Enerji Nazirliyinin əldə olunmuş razılaşmalara əməl etməmək siyasətini kəskin tənqid etdilər.
***
Urmiyə Gölünün Bərpa Mərkəzinin əyalət başçısı “Fərhad Sərxoş” bu barədə ISNA-ya danışıb: “Təqiblərə baxmayaraq, Enerji Nazirliyi hələ 2020-2021 ilində Urmiyə Gölü su payını ödəməyib. Ümumiyyətlə demək olar ki, indi bəndlərin axın yolu bağlanmışdır. Hazırda Urmiyə gölünün su səviyyəsi 1271.42 sm-dir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 38 sm azdır.”
2020-2021 su ili, keçən ilin oktyabrından başlamış və bu ilin sentyabr ayının sonuna qədər davam edəcəkdir.
Ancaq 2020-2021 su ili üçün su payı ödənilsə də, Urmiyə gölü böhran vəziyyətindən çıxmayacaq. 25 il əvvəl, təxminən altı min yüz kvadrat kilometr ərazisi olan bu göl, İranın ən böyük daxili gölü və dünyanın ikinci böyük duzlu gölü idi. Ancaq İndi ərazisinin təxminən 60 faizini və suyun həcminin 90 faizini itirərək yox olma ərəfəsindədir.
Su azalmasının ilk dəlili və Urmiyə gölünün qurumaq prosesinin başlaması yetmişinci illərin sonlarında müşahidə edilmişdir. Bununla bağlı ilk xəbərdarlıqlar eyni dövrdə Urmiyə Universiteti fakültəsinin üzvü olan “Nasir Aq” kimi tədqiqatçılar və mütəxəssislər tərəfindən verilmişdir; Təxminən iyirmi il gözardı edilən xəbərdarlıqlar və “Haşimi Rəfsəncani”nin prezidentliyi dövründə başlayan İslam Respublikasında su idarəsinin makro siyasəti indiyədək davam edir.
İran-İraq müharibəsi bitdikdən və “Haşimi Rəfsəncani” nin hakimiyyətə gəlməsindən sonra, hökumətin Azərbaycandakı makro iqtisadi siyasəti əkinçiliyin inkişafına yönəldildi. Əkinçiliyin inkişafı üçün çox su tələb olunurdu ki, bunların həlli Urmiyə gölünün su sahəsindəki çaylar üzərində bəndlərin tikilməsi və dərin və yarı dərin quyuların qazılması siyasətinə əsaslanırdı.
Bu dövrdə, Urmiyə Gölü sahəsinin yeraltı su qaynaqları da dərin quyuların qazılmasının qat-qat artması ilə əhəmiyyətli dərəcədə azaldı. Yayımlanan məlumatlar Urmiyə gölü ətrafında qazılmış quyu sayının 2006-ci ildə təxminən 64.000 quyudan 2015-ci ildə 90.000 quyuya qədər artdığını göstərir. Ayrıca, son iyirmi ildə Urmiyə gölünün su sahəsində 100-dən çox bənd istifadəyə verilmişdir və ya tikilməkdədir.
51876 kvadrat kilometr ərazisi olan Urmiyə gölünün su sahəsi Batı Azərbaycan (% 47), Doğu Azərbaycan (% 43) və Kürdüstan (% 10) əyalətləri arasında yerləşir.
Digər tərəfdən, bölgənin torpaq və su tutumlarına əhəmiyyət vermədən, yeraltı və yerüstü su ehtiyatlarından asılı olan meyvə bağları və əkinçilik ərazilərinin əkin sahəsi, bölgədəki iqlim şəraitinə və məhdud su ehtiyatlarına nisbətsiz inkişaf etmişdir.
2019-cu ildə “Agricultural Water Management” jurnalı tərəfindən nəşr olunan araşdırmalar göstərir: “Urmiyə Gölü hövzəsində suvarılan ərazilərin sahəsi son onilliklər ərzində yüzdə 437 artmışdır.”
Bu məqalə quraqlıq və əkinçilik fəaliyyətindəki sürətli artımı gölün qurumasının ən vacib səbəbləri kimi təqdim edir. “1975-ci ildə suvarılan ərazinin 1265 kvadrat kilometrdən 2011-ci ildə 5525 kvadrat kilometrə çatması və Urmiyə gölünün su sahəsindəki səhralaşmanın genişləndirilməsi” bu tədqiqatın ən əhəmiyyətli nəticələrindən biridir. “
Hökumətin Urmiyə Gölü su sahəsindəki su qaynaqlarını idarə etməkdə səhv siyasətlərinə əlavə olaraq, iqlim dəyişikliyi və quraqlıq bu gölün qurumaq böhranının şiddətini artırıb.
Buna baxmayaraq, yerli mütəxəssislərin və “Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı” kimi beynəlxalq təşkilatların Urmiyə Gölü Hövzəsinin su idarəedilməsində hökumətin səhv siyasətləri ilə bağlı xəbərdarlıqlarına baxmayaraq və gölün kritik vəziyyətində əsas amil olan “insan faktoru”nun təsiri, “Xatəmi” və “Əhmədinejad” hökumətləri də “Haşimi Rəfsəncani” hökumətinin su ehtiyatlarının idarə olunması siyasətini bu bölgədə davam etdirdi.
Urmiyə gölünün kritik vəziyyətindən və İran İslam Respublikası rəsmilərinin tədqiqatçıların və beynəlxalq qurumların xəbərdarlıqlarına laqeyd münasibətindən sonra, universitet müəllimləri və Azərbaycanlı ekoloji fəalları 2000-ci illərin sonunda “Urmiyə Gölünü Qurtarma Kampaniyası” na başladılar; Bu kampaniya sonradan İran tarixindəki ən əhatəli və geniş ətraf mühit kampaniyası oldu.
Urmiyə Gölünü Qurtarma Kampaniyası, gölün quruması ilə əlaqədar geniş şəkildə əhalinin məlumatını artırmağa çalışdı və xalqın potensialından istifadə edərək və parlament üzvlərinə basqı edərək, hökuməti Urmiyə gölünün su sahəsindəki ehtiyatlarının idarə edilməsi siyasətini dəyişdirməyə məcbur etməyə çalışdı.
Bu kampaniyanın hərəkətləri 2011-ci ilin avqust ayında altmış altı millət vəkilinin “Urmiyə gölünü Qurtarmaq üçün çox təcili plan” təqdim etməsinə və gölün böhranının həlli üçün təcili hərəkətə keçməsinə səbəb oldu. Ancaq parlament plana səs vermədi.
Urmiyə gölü üçün təcili Qurtarma planının rədd edilməsi xəbəri insanlar və ətraf fəalları arasında hiddət və narazılıq dalğasına səbəb oldu. Azərbaycanlı ətraf mühit fəalları, parlamentin hərəkətinə və hökumətin Urmiyə gölünün qurumasına diqqətsizliyinə cavab olaraq, 27 sentyabr 2011-ci il tarixində insanları küçə etiraz aksiyalarında iştirak etməyə çağırdılar. Bu gün Urmiyə və Təbriz geniş küçə etirazlarına şahid oldu; Ancaq xalqın və ətraf mühit fəallarının dinc toplantıları Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşıdurmaya səbəb oldu və onlarla vətəndaşın tutulması və yaralanması ilə nəticələndi.
Azərbaycanlıların küçə etirazları Urmiyə gölünün qurumasına qarşı ictimai rəyin həssaslığını artırdı və hökumətə basqıyı artırdı. Lakin “Mahmud Əhmədinejad” hökuməti, xalqın qəzəbini yatırmaq üçün çoxsaylı vədlər verməsinə baxmayaraq, praktik olaraq Urmiyə Gölü böhranının həlli üçün təsirli addım atmadı.
2013-cü ildə “Tadbir və Omid Höküməti”nin qurulması ilə “Urmiyə Gölü Bərpa Qərargahı” quruldu. Bu qərargah gölü Qurtarmaq üçün bir plan hazırladı və 29 iyul 2014-cü ildə Nazirlər Kabineti bu planı icra orqanları tərəfindən həyata keçirilmək üçün təsdiqlədi.
Urmiyə gölünü qurtarma planında Urmiyə gölünün statusunu sabitləşdirmək üçün qısa müddətli məqsəd və gölün ekoloji cəhətdən canlandırılması üçün uzunmüddətli hədəf nəzərdə tutulur. “Planın vizyonu olaraq 1274,1 metr, ərazisi 4331 kvadrat kilometr və həcmi 14,5 milyard kubmetr olan 2023-cü ilə qədər ekoloji səviyyəyə çatmaq proqnozlaşdırıldı. “Planın həyata keçirilməsinin başlanğıcından 2016-cı ilin sentyabr ayına qədər olan dövr də konsolidasiya dövrü kimi qeydə alınıb və Məqsəd 2018-ci ilə qədər səthin 75% -ni və göl həcminin 44 faizini bərpa etməkdir.”
Hökumətin verdiyi vədlərin və planların əksinə olaraq Urmiyə gölünün vəziyyəti ciddi şəkildə dəyişməyib. Yalnız 2018-ci ilin payızında və 2019-cü ilin yazında mövsümi yağış səbəbiylə göl yenidən canlandı ; Ancaq bu tendensiya davam etmədi və 2020-2021 su ilində Urmiyə gölünün quruması böhranı daha da pisləşdi.
Fərhad Sərxoş, 1 May Şənbə günü mediaya verdiyi müsahibəsində Urmiyə gölünün mövcud həcminin 5 milyard 22 milyon kubmetr olduğunu bildirdi və dedi: “Gölün həcmi keçən ilə nisbətən 1,41 milyard kubmetr azdır.”
Akademik tədqiqatlar və beynəlxalq miqyasda məşhur jurnallarda nəşr olunan çoxsaylı məqalələr göstərir: Urmiyə gölünün qurumasında insan amili ən təsirli amildir.
2017-ci ildə “Yousef Alizadeh Gürçin Qaleh” və həmkarları tərəfindən “Water Resource Management” jurnalında yayımlanan bir araşdırmanın nəticələri göstərir: “İnsan amillərinin gölə və su sahəsinə təsiri iqlim faktorlarından daha çoxdur. İnsan və iqlim faktorları Urmiyə gölünün qurulmasını sırasıyla% 80 və % 20 təsir etdi.”
Michigan Universiteti tərəfindən aparılan və 2018-ci ildə “Journal of Hydrology“-də yayımlanan başqa bir araşdırmada; Urmiyə gölünün qurumasında insan amillərinin rolu “% 86” olaraq xatırlanır.
Ancaq Urmiyə Gölünün Bərpa Qərargahı 2013-cü ildə qurulduğu gündən bəri ayrılan büdcələrin xərclənməsi metodunda ən kiçik bir şəffaflığa sahib olmayib və və həmçinin Urmiyə gölünün su ehtiyatlarının idarə olunması sahəsində hökumətin səhv siyasətini izləyib.
Yalnız bir nümunədə; Urmiyə Gölünün Bərpa Qərargahının Planlaşdırma və İnteqrasiya Ofisinin direktoru “Məsud Tacrişi” beynəlxalq jurnallarda dərc edilmiş onlarla elmi məqalənin olmasına və təkzibolunmaz dəlillərin olmasına baxmayaraq, “Nature Scientific Reports” da bir məqalə dərc edərək sübut etməyə çalışdı: “Urmiyə gölünün həcmindəki dəyişiklik əsasən iqlim şəraitindəki dəyişikliklərdən qaynaqlanır və əkinçilik suyu çıxarılmadan belə, gölün həcmindəki dəyişikliklərin ümumi tendensiyası eynidir”; Yəni Urmiyə gölünün qurumasında insan amillərinin (dövlət su siyasətinin su mənbələrinin idarə olunmasına daxil olmaqla) təsirinə şübhə yaratmağa çalışıb.
Son illərdə, quraqlığın davam etməsi və hökumət tərəfindən su mənbələri rəhbərliyinin səhv siyasətinin davam etməsi ilə Urmiyə gölünün su sahəsi ehtiyatlarında və yeraltı sulu təbəqələrdə kəskin azalma şahidi oldu və gölün suyu quruyub çəkildi və şoran torpaqlar Urmiyə gölü boyunca genişləndi.
Akademik məqalə və araşdırmalara və mütəxəssislərin fikirlərinə baxılaraq ümumiyyətlə Urmiyə gölünün qurumasının səbəbləri: “Urmiyə gölünün su sahəsindəki bəndlərin inşası və əkinçilik sektorunun nəzarətsiz inkişafı üçün su ehtiyatlarının həddindən artıq çəkilməsi”, “Göldə kiçik 1,2 kilometrlik lyuk olan 15 kilometrlik avtomobil yolunun tikintisi” və “İqlim dəyişikliyi və Urmiyə gölünün su hissəsində quraqlığın baş verməsi”, olaraq xülasə etmək olar.
Urmiyə gölündə su ehtiyatlarının düzgün idarə edilməməsinə əlavə olaraq, 1960-cı illərdə bölgədə alma əkinçiliyinin inkişafı da daxil olmaqla, çox suya ehtiyac duyulan əkinçilik məhsullarının dəyişdirilməsi Urmiyə gölünün qurumasında başqa bir amildir.
Urmiyə gölünün qurumasının nəticələri də: Duzlarla və ağır metallarla çirklənmiş toz fırtınalarının yaradılması, qumların hərəkəti və səhralaşma, tənəffüs yollarının xəstəliklərinin geniş yayılması, əkinçilik torpaqlarının məhv edilməsi, yeraltı su laylarının məhvi, su kanallarının qurudulması, bulaqlar və su hövzələrinin duzluluğu və bölgənin çaxnaşması, göl ətrafındakı kəndlərin boşaldılması, gölün quruluğu və günəş işığının artması nəticədə katarakt və dəri xərçəngi kimi xəstəliklərin böyüməsi və müxtəlif heyvan növlərinə ziyan görməsı ,olaraq xülasə etmək olar.
Aydındır ki, bu böhran Azərbaycanla məhdudlaşmır və onun bir hissəsi, duz tozu kimi, ölkənin Batı şəhərlərinə və hətta Tehrana yayılacaq.
Mütəxəssislərə və tədqiqatçılara görə, su ehtiyatlarının idarə siyasətinin səhv olması səbəbindən dolayı Urmiyə gölü dik bir yamacla Urmiyə çölünə çevrilmək ərəfəsindədir. “Həsən Ruhani” hökuməti, 2021-ci ildə gölün canlandırılması üçün yalnız 498 milyon Tümən büdcə təklifi ilə və su sahəsinin bəndlərinin bağlanması və Urmiyə gölünün su payını ödəməməsi ilə Azərbaycanın Mavi Üzük Daşını tamamilə qurumaq və geri dönməz zərərin ərəfəsinə qoymuşdur.
iranwire